Yenə qar, yenə qar!..Uzanır yollar.Kəlmələr dolaşır başımda.Ağır tunc sətirləraçılır qarşımda.

Qatarım fikrimi anlamış kimidir;relsləri tıq-tırıq səsləyər.Şerimi teleqraf dilinə döndərir,göndərir.Moskva yolunun töhfəsi.Şairin ilk səfər nəğməsi!

Alınız!Redaktor, redaktor, redaktor!Qatarın təkərititrədir tər tökən şüşəni.Pəncərə göstərirağ örtük, göy qurşaq meşəni.

Alınız!Redaktor, redaktor, redaktor!Çəkildim bir tənha guşəyəAlnımı dayadım mehriban şüşəyə.Qırıq bir səsqulağıma pıçıldayır;yaxındır Moskva.Bu sözlər havada qırılır –Mos...sss...kva...Başını sallamış üfüqlər doğulur...

Moss...kva...Odur, odur, qarşımda.parovoz buxarı qıvrılır.Moss...kva...Darıxdım,Çıxıram qapıya.Sanki bu açıq qapıdantez qaçır səsboğan bir sükut,Qapıdan salamsız-kəlamsızsəs, soyuq soxulur,hərarət yox olur.

Qatarım dillənir:neçə-neçə,çamlı yollar keçə-keçəgəlmişəm.Aç, keçim!Aç, keçim!Yolumdan qaç, keçim!Neçə çamlı yollar aşdım,Çamlı yolda yuxu qaçdı.Qaça-qaça qatarım tövşüyürvə deyir:Moskva, Moskva!Elə bil bağırır: – Qarovuuuul!Qatarım deyəsən yorulub,Əfsussss...

Qatardan ilkin Moskvayaçıxdığım zaman,Günəş,bir də sarı saçlı sevgilim olduməni qarşılayan.Dodağımda bal dadırkənsevgilimin öpüşləri,məni aldı isti qoynunaröyalarımın şəhəri.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets