Nizami Azərbaycan şairi
Nizaminin yaradıcılığı forma baxımından Azərbaycana nisbətdə milli deyilsə də, hissiyyat, duyğu, düşüncə, şüur və şüuraltı varlığı ilə öz yetişdiyi mühitə dərindən bağlıdır.
Bu bağlılıq onu bizim gözümüzdə azərbaycanlı bir şair olmaqdan başqa, bir Azərbaycan şairi də etmişdir.
Iran ədəbiyyatının müəyyən nöqteyi-nəzərdən bəlkə də ən böyük simasını təşkil edən Nizaminin, əsərlərini ən gözəl fars dilində yazması bizə yuxarıda qeyd etdiyimiz mülahizə və mühakiməmizdən imtina etməyə əsas vermir və Nizamini xüsusi görüş nöqtəsindən tədqiq edib incələməkdən əl çəkdirə bilməz; çünki onun zamanında fars dilinin Yaxın Şərq və Orta Asiya üçün millətlərarası bir ədəbi dil olduğunu yaxşı bilirik. Xüsusi qeyd etmək lazımdır ki, İran ədəbiyyatının ustad və böyük sənətkarları arasında farslar qədər (bəlkə də daha çoz) türklərin də mühüm bir yer tutduğu bizə yaxşı məlumdur.
Əsərlərini araşdırdıqca Nizaminin fars millətçiliyindən uzaq olub, türk sevgisi ilə dolu, Zaqafqaziya mühit və şəraitinə bağlı, yurdunun tarixi müqəddərat və geosiyasətindən doğan daimi qayğılarda məşğul olduğu aydın görünür ki, beləliklə də o, əlbəttə, bir Azərbaycan şairidir.
Nizami öz mühitinin onun qədrini bilməyib, böyüklüyünü qiymətləndirmədiyi haqda söz açarkən əsərlərinin bir yerində (“Yeddi gözəl”də - red.) “türkcəsinin” (“torkiyəmra” – “mənim türklüyümü”) anlaşılmadığından şikayət edir. “Türklüyü” burada məcazi şəkildə yüksək söz mənasında işlədən dahinin danışıq dilinin həqiqətdə türkcə olmadığını heç kimsə isbat edə bilməz. Şairin o zaman Azərbaycanda artıq böyük və geniş kütlələr təşkil edən türklər arasında yetişmiş olduğunu, boya-başa çatdığını bilirik. Bunun izlərini əsərlərində rast gəldiyimiz və dəfələrlə işlədilmiş “türklük” söz və məfhumundan da hiss edirik.
Təkrar edirik: əsərlərini farsca yazdığına baxmayaraq, Nizaminin, qeyd etdiyimiz kimi, məzmun və hissiyyat nöqteyi-nəzərindən azərbaycanlı bir türk təfəkkürünə malik olduğunu aşağıdakı səhifələri çevirdikcə açıqca görəcəksiniz.
Kitabxana.az · https://kitabxana.az/en/works/resulzade-azerbaycan-sairi-nizami-nizami-azerbaycan-sairi
Use ← → keys to move, R for a random poem
More by this author
Bismillah ər-Rəhman ər-RəhimHəst kəlid-e dər-e gənc-e həkim
Xosrov və ŞirinXodavənda dər-e toufiq beqoşayNezami-ra dər-e təhqiq benomay
Leyli və MəcnunEy nam-e to behtərin sərağaz,Bi nam-e to name key konəm baz?!
Həft peykər ("Yeddi gözəl")Ey cəhan dide xiş əz toHiç budi nəbud piş əz to.
Poems by other poets
Ey ağalar necə olurHalı yardan ayrılanın
بار غم از دلم می گلرنگ بر نداشتاین سیل هرگز از ره من سنگ برنداشت
Khosrow and Shirin, chapter 110دلا از روشنی شمعی برافروزز شمع آتش پرستیدن بیاموز
Ey bala, ey quzu, ey şux məmə, qurban gözünəEy bala, ey quzu, ey şux məmə, qurban gözünə,Olürəm, bir belə qoyma nəmə, qurban gözünə.