Moskvadan fərar
Page 1 of 3
Tam bu günlərdə Bakıdan yoldaĢlar gəlmiĢ, orada təĢkilatın vəziyyətinin
düzəldiyini, “Müsavat” qeyri-leqal hərəkatının canlandığını bildirmiĢdilər. TəĢkilat
arzu edərsə mənim xaricə çıxaraq orada milli hərəkatı təmsil edərək fəaliyyətə
baĢlamanın faydalı olacağı qənaətində olduğunu bildirirdi. Digər tərəfdən,
Moskvada qaldıqca ətalətə məhkum olunur və üstəlik Stalin taktikasının bizi “iĢə
cəlb etmək” cəhdlərinə qarĢı daima sayıqlıq göstərmək məcburiyyətində qalırdıq.
Yuxarıda qeyd etdiyim vəchlə inqilabın əvvəllərində bəzi misallarda
gördüyümüz kimi Sovet hökumətinin müvəffəqiyyətilə öz kontrolunda olmayan bir
sahəyə çıxmaq təsəvvürü də artıq meydandan qalxmıĢ olurdu. Yeganə çarə
qaçmaqdı.
Günün aktual məsələsi bu fərarı təĢkil etmək və planı müvəffəqiyyətlə
tətbiq etməkdi.
Bunun üçün Moskvada qalıb, mədəniyyət sahələrində olsa da, iĢləməyə
qərar vermiĢ kimi davranmaq təsəvvürünü yaratmaq üsuluna keçdim. Bu məqsədlə
“Vostok” adı ilə Pavloviçin idarəsində çıxan qalın bir məcmuədə nəĢr edilmək
üçün Sasanilər dövründəki məĢhur Məzdək hərəkatı haqqında məqalə qələmə
aldım. Məlum olduğu üzrə, Məzdək Sasani Qubad zamanında peyda olmuĢ bir
kommunist peyğəmbəri idi ki, təlimi ilə Ģahı öz dininə döndərmiĢ, məmləkətində
mallarla qadınların ictimailəĢməsini nəzərdə tutan kommunist məzhəbinin rəsmən
qəbulunu təmin etmiĢdi. Sonra ƏnuĢirəvanın qəti bir müdaxiləsi ilə bu məzhəb
tərəfdarları payaya keçirdilmiĢ, Məzdək də edam edilmiĢdi.
NəĢr üçün verdiyim bu elmi məqalə ilə birlikdə bir də Azərbaycan tarixinin
tədqiqi ilə məĢğul olduğumu irəli sürərək, Leninqradda Elmlər Akademiyası
kitabxanasında Azərbaycan tarixi ilə əlaqədar xüsusi bir neçə əlyazmanı tədqiq
etmək üçün ġərq Dilləri Ġnstitutunda yay istirahətindən istifadə edərək Leninqrada
getmək məqsədilə məzuniyyət aldım.
Leninqradda Leninqrad ġərq Dilləri Ġnstitutunun yayda boĢ olan sinif
otaqlarından birində yerləĢərək Akademiya kitabxanasına gedir və baĢda prof.
Marr, Bartold və sairə olmaq üzrə akademiya professorları ilə görüĢərək,
Azərbaycan tarixi və ədəbiyyatına aid mövzular üzrə söhbətlər etməklə Leninqrada
gəliĢin həqiqi məqsədini pərdələyə bildim.
Əl altından hələ Moskvada ikən görüĢdüyüm dostlarımdan aldığım
tövsiyələrə görə, xüsusilə mərhum Musa Begiyevin vasitəsilə Fin körfəzi üzərindən
Finlandiyaya keçmək planının həyata keçməsi təfərrüatını hazırlamağa baĢladım.
Leninqraddakı tatarların bu xüsusda təcrübələri vardı. Məndən əvvəl bu
təcrübədən prof. Sədri Maqsudi Arsal, redaktor Abdulla Taymas bəylər istifadə
etmiĢdilər; və Helsinqforsa çıxaraq sovet cəhənnəmindən qurtarmıĢdılar. Fəqət
onlar qaçarkən qıĢ mövsümü idi. Körfəz donmuĢ və qarla örtülmüĢdü. Bu yolu
onlar xizəklə keçmiĢdilər. Ġndi isə mövsüm məktəblərin tətilə buraxıldığı bir yay
mövsümüdür. Körfəzdən ancaq bir qayıqla keçmək olar. Bütün məsələ etibarlı bir
qayıqçı tapmaqda idi.
Musa Begiyev məni Fin körfəzinin kənarında bir tatar evinə gətirdi.
SözləĢilən fin qayıqçıları gecənin yarısında bu evə yanaĢacaq, məni götürüb yola
çıxacaqdılar. Gəldiyimiz evdə bir tatar müsafirinə rast gəldim. Demə bu, 1917-ci
ilin mayında Moskvada toplanan məĢhur Müsəlman qurultayının
nümayəndələrindən imiĢ. Məni dərhal tanıdı. Qurultaydakı müvəffəqiyyətlərimdən
həyəcanlı danıĢmağa baĢladı. Mən tez mövzunu dəyiĢdirdim, tarixi xatirələrin
canlandırılması vaxtının olmadığını ona hiss etdirdim (konspirasiya Ģəraitində
1917-ci il Moskva Müsəlman qurultayının nümayəndələrinə bu ilk təsadüf deyildi).
SözləĢilmiĢ saatda qayıqçılar gəlmədilər. Mütləq bir hadisə oldu, deyə məni
narahatlıq bürüdü. Ertəsi gün oradan dərhal uzaqlaĢmaq, baĢqa bir yerdə qalmaq
lazım gəlirdi.
Ġkinci bir qayıqçı tutuldu. Bu dəfə göz önündəki bağ evində deyil, Ģəhər
kənarındakı bir fin kəndində qalacaq, gecənin hamının yatdığı bir vaxtında
kimsəyə sezdirmədən sahilə enəcək və qamıĢlıqda əvvəldən gizlədilmiĢ qayığa
minərək dənizə çıxacaq və beləliklə Fin körfəzini keçərək qarĢıdakı Finlandiya
sahilinə çıxacayıq.
QərarlaĢdırılmıĢ saatda müəyyən edilmiĢ bir fin kəndindəyik. Biri qoca,
digəri gənc iki fin qayıqçısı bizi götürəcək. Qoca bir az rusca bilirsə, gənc yalnız
fincə danıĢır. Müqəddəratımızı bunların əlinə təslim edəcəyik.
Kəndlinin daxmasına girincə bir sürprizlə qarĢılaĢıram. Burada biri qız,
digəri oğlan iki tatar uĢağı var. Bunlar da mənimlə bərabər yolçuluq edəcəkdilər.
Ana-ataları o tərəfdə olan bu uĢaqları öz ailələrinə qovuĢdurmaq vəzifəsini də
insanlıq naminə mən öhdəmə götürməliyəm. Əvvəlcə bilsəydim, təbii, üzərimə
belə bir külfəti almazdım. Fəqət indi olan oldu, keçən keçdi qarĢısındayam.
Gecənin yarısında qumlar üzərində adətən sürünərək qamıĢlığa gəldik. Finlər
qayıqlarını qamıĢlıqlardan çıxardılar; iki uĢaq ilə bərabər məni də qayığa
mindirdilər. Bizi ötürməyə gələn tatarlarla vidalaĢaraq, səssizcə dənizə çıxdıq.
Qoca qayıqçı əvvəlcədən mənə xəbərdarlıq etmiĢdi. DanıĢmayacaqdıq, səs
salmayacaqdıq. Çünki su keçiricidir. Səsimizi KronĢtad müĢahidə qülləsi dərhal
eĢidər. Projektorla olduğumuz nöqtəni tapar və qayığımızı pulemyot atəĢinə tutar.
Hərəkət etdiyimiz gecə yağmurlu bir gecə idi. Uzun zaman Ģimalın məĢhur
aydın gecələri keçsin deyə gözləmiĢdim. Aydın gecələr keçmiĢ, arxasından
aydınlıq gecələr baĢlamıĢdı. Daha gözləyə bilməzdim. Çünki məzuniyyətimin vaxtı
qurtarır, Moskvaya qayıtmağımın gecikməsi Ģübhəyə səbəb olar; bütün planım alt-
üst olardı. Onun üçün yağmurlu bir gecəni xüsusi seçmiĢdim.
Gecə saat 12-dən sonra dənizə çıxmıĢ, səhər saat 7 radələrində dan yeri
ağararkən fin sahilinə yaxınlaĢırdıq. Yandan əsən namünasib bir külək bizi təkrar
rus sərhədinə apara bilər narahatlığı içindəyik. Qayığımız sahilə yanaĢar-yanaĢmaz
silahlı fin gözətçiləri bizi tuturlar.
Oradan Feriokidəki qarantində on beĢ gün qaldıqdan sonra Helsinkiyə;
Helsinkidə bir aya qədər tatar koloniyasının müsafiri olduqdan sonra Almaniyaya,
oradan Parisə, Parisdən də Ġstanbula gəldim. Ġstanbul o zaman hələ müttəfiq
ordularının iĢğalı altında idi. Fəqət eyni zamanda Ģəhərdə milli qüvvə nümayəndəsi
vardı və polis də Ankara hökumətinin əlində idi.
Burada yoldaĢlarla birləĢərək milli nəĢriyyata qərar verdik və ilk iĢ olaraq
Stalinə, surəti aĢağıda dərc olunan məktubu göndərdim:
Kitabxana.az · https://kitabxana.az/en/works/resulzade-stalinle-ixtilal-xatireleri-moskvadan-ferar
Use ← → keys to move, R for a random poem
More by this author
Azərbaycanın bu böyük oğluna can və ürəkdən bağlanmaq, ona aid maddi və mənəvi xatirələri Vətən və milləti birləşdirən bir müqəddəsat kimi mənimsəmək, əsərlərini diqqət və ehtiram ilə öyrənmək, yaratdığı ədəbi tablo və timsalları müasir sənətin texnikası vasitəsi ilə yenidən canlandırmaq, möcüzəli sənətindəki bütün incəliklərin zövqünə varmaq, yüksək ruhundakı böyüklük və dərinliyin həqiqi ölçülərini bilməyə çalışmaq, varlığın sirlərini araşdıran hikmət və fəlsəfəsini qavramaq, bir sözlə: öz zamanında anlaşılmadığından şikayət etdiyi “türkcə”sini anlamaq – budur vətənpərvər Azərbaycan ziyalılarının və xalqını sevən bütün türklərin vəzifəsi.Bu vəzifədən üzərimizə düşən hissəsini öz bacarığımız daxilində hazırladığımız və müharibə vaxtının yaratdığı çətinliklər məxəz və qaynaqların hamısını əldə edib nəzərdən keçirə bilmədiyimiz nəticəsində istədiyimiz kamillik və dolğunluğa nail olmayıb bizi qane edə bilməyən bu səhifələrin Nizaminin yubileyinə hədiyyə edilməsindən başlıca məqsəd türk dilli gənc nəsildə Azərbaycanın bu böyük şairinə qarşı bir maraq oyatmaqdan ibarətdir.
Nizaminin tərcümeyi-halıÇöldən, dərədən bütün ərənlərLütf ilə mənə salam edərlər;
Şairin Azərbaycan hökmdarları ilə münasibətləriŞairin Qızıl Arslanla görüşmələrindən:Girib dərgaha qasib ərzə gəldi.
Nizami öz gözü iləHər kəs üçün birər inci işlədim,Özümə də bir qəsidə söylədim.