Contents
  1. Stalinə məktub
  2. Dostların müqəddəratı
  3. Təfsirə möhtac olmayan bir fərq

Page 2 of 3 · 33%

Stalinə məktub

“Möhtərəm Stalin,
QurtuluĢum dostlarım üzərində xoĢ bir heyrət təsiri buraxmıĢdır. Onlar,
təbii, haqlıdırlar. Fəhlələrdən bir çoxu müsavatçı olduqları üçün
güllələnmədilərmi? Bu saatlar daxilində, adı çəkilən partiyanın rəisi olmaq hesabilə
mənim qurtuluĢum bir növ möcüzə imiĢ. Vaqiənin tərifi, bu təbirə layiqdirsə, insaf
tələb edir, qeyd edim ki, bu möcüzənin səbəbi-kəraməti Sizsiniz; çünki keçmiĢ
dostluğu unutmayaraq məni Bakı zindanından çıxarmağa lüzum gördünüz.
Moskvada olduğum iki il əsnasında dostluğumuzdan faydalandım. Bəzi
məhrumiyyətlərə məruz qaldımsa da bunlar hər kəsin ümumiyyətlə yükləndiyi
məhrumiyyətlərdən ibarət olub, mənə aid bir xüsusiyyətə malik deyildir. Əksinə,
bəzən elə olurdu ki, bir sıra imtiyazlardan belə faydalanırdım. Bunun üçün Sizə
təĢəkkür edirəm.
Moskvadan ayrılarkən Sizinlə görüĢə bilmədim. Çünki Rusiyanı gizlincə
tərk etməyə qərar vermiĢdim. Bu hərəkətimdə Sizə qarĢı hörmətsizlik
görməyəcəyinizə ümid edirəm. Səfər üçün icazə istəmədim; iĢin mənfi tərəfini
mülahizə etdim. Bəlkə Siz icazə verməzdiniz; o zaman hər nə cür olsa da Rusiyanı
tərk etmək haqqındakı qərarımdan tamamilə vaz keçmək lazım gəlirdi. Halbuki bu,
mənim üçün mümkün olan iĢ deyildi. Çünki bu, özümü rədd etmək və əbədi olaraq
tam bir fəaliyyətsizliyə məhkum etmək demək idi. Eyni zamanda bu, Rusiyada
cərəyan edən hadisələrin və hüsulə gəlməkdə olan halın dilsiz bir müĢahidi qalmaq
olardı.
Hazırda Rusiyada hüsulə gələn hadisələr isə bundan yüz il əvvəl cərəyan
edən hadisələrdən baĢqa bir Ģey deyildir. Yüz il əvvəldə olduğu kimi indi də
Rusiya müstəmləkələri bir yerə toplamaqdadır.
Taleyin hökmü ilə hakimiyyəti ələ keçirmiĢ kommunist firqəsi
ideologiyanın bütün cəbhələrində geri çəkilə-çəkilə keçmiĢ rus imperiyasının
bərpası fikrinə dayandı. Bu fikir isə firqənin ideoloji Ģüarlarından ziyadə hakim
olduğu mühitin cahangiranə təmayüllərindən doğmuĢ bir sıra mənafe və hədəfə
malikdir. Bir hökumətin rəsmi ideologiyası zadəgan Ģovinizmindən fəhlə
kosmopolitizminə təbəddül edərsə, bundan məsələ çox da dəyiĢməz və ən sonunda
geridə qalmıĢ və az inkiĢaf etmiĢ millətlərin milliyyətlərindən məhrum olmasına
(denasionalizə olması), digər bir milliyyətə təmsilləri (assimilizə olmaları) kimi bir
nəticəyə səbəb olur. Yerli fəhlə (proletariat) sinfinə istinad iddiasilə əldə silah
Qafqaz və Türküstan kimi ucqar vilayətlərdə əmələ gəlmiĢ olan demokratik siyasi
təĢəkkülləri iĢğal etdiyiniz zaman ümumiyyətlə, sabiq imperiyanın çarizm
siyasətiylə ruslaĢdırılmıĢ müstəmləkə Ģəhərlərindəki rus fəhləsindən ibarət ən kiçik
azlığın arzusuna uyğun olaraq böyük bir çoxluq təĢkil edən yerli əhalinin ən qanuni
bir haqqını kobud bir surətdə çeynəmiĢ olursunuz. Fəhlənin Azərbaycan və ya
Türküstanda diktatura elan etməsinin Moskva diktaturasından baĢqa bir Ģey
olmadığı günəĢ kimi aĢkardır.
Əski Petroqrad dövrünün siyasəti də bundan baĢqa bir Ģey deyildi. Ucqar
vilayətlərin muxtariyyat Ģəklindəki zahiri görünüĢü də ciddi bir Ģey ifadə etməz.
Azərbaycan xanlıqlarının ilk Qafqaz “namesnikləri” (caniĢinləri) zamanındakı
istiqlalları indiki Qafqaz cümhuriyyətlərinin “Zakkraykom” (Zaqafqaziya vilayət
komitəsi) baĢ katibləri zamanındakı istiqlallarından heç də az deyildi. Ortadakı fərq
olsa-olsa, indiki cümhuriyyətlərin dağılması prosesi ozamankı xanlıqların dağılma
prosesindən daha artıq olmasından ibarətdir.
BolĢevik partiyasının mərkəziyyətçi olduğunu bildiyimdən bu partiyanın
növü özünəməxsus bir imperialist olduğunu sezmiĢ və zəruri bir dəyiĢikliyə keçə
biləcəyini daha əvvəl söyləmiĢdim. Qeyri-ixtiyari müĢahidəçi durumunda
olduğumdan bu dəyiĢmə gözlərimin önündə baĢ verirdi. Moskvada olduğum iki il
ərzində mən ġərq millətlərinin və xüsusilə türk ellərinin nicatının yalnız özlərində,
özünü bir millət kimi tanımalarından ibarət olduğuna qəti surətdə inandım. Bunun
üçün sisteminizdə millətin özünə bəslədiyi bu inamın kökündən yox edildiyini və
milli anlamının milli inqilab anlamına təbdil edildiyinə soyuqqanlı baxa bilmirdim.
Sizin istədiyiniz bu mübadilə baĢ tuta bilməz. ġərq millətləri kommunist
həyatı ilə deyil, öz milli həyatları ilə yaĢamaq istəyirlər.
Bu məqsədlə də onlar özlərini əsir edən qüvvələrə qarĢı mübarizə aparırlar
və bu mübarizələrində onlara yardım edə biləcək müttəfiqlər axtarırlar. Bir zaman
onlar Vilsonun prinsiplərinə inandılar; sizin Ģüarlarınız isə onlara daha cəlbedici
göründü. Fəqət, heyhat, Vilson prinsipləri Versal, Trianon və Sevr müqavilələrinə
müncər oldusa, sizin Ģüarlarınız da Ukrayna, Türküstan və Qafqazın yenidən
istilası ilə nəticələndi. Buna görə də vətənim Azərbaycanın sizin iĢğal və
əsarətinizə qarĢı mübarizəyə qəhrəman Türkiyənin Antantaya qarĢı yürütdüyü
mücadilə qədər bir haqqı vardır.
Öz siyasi əqidəmə sadiq qalmaqla bərabər, mən eyni zamanda Sizin də
xeyirxahınız qalır, Ģəxsinizə qarĢı ehtiram hissi bəsləyirəm. Nəticədə mənə qarĢı
göstərdiyiniz əlaqəni heç bir zaman unutmayacağıma inanmanızı xahiĢ ilə Sizə
yaxĢı bir xidmət göstərmək fürsətini can-dildən təmənni etdiyimi ərz edirəm.
Ehtirami-tamla: Rəsulzadə Məmməd Əmin. Yanvar 1923 (bu məktub vaxtilə
Ġstanbulda çıxan 23.1.1923-cü il tarixli və 5 nömrəli “Yeni Qafqaziya” dərgisində
nəĢr olunmuĢdur).

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Nizamiyə borcumuz

Azərbaycanın bu böyük oğluna can və ürəkdən bağlanmaq, ona aid maddi və mənəvi xatirələri Vətən və milləti birləşdirən bir müqəddəsat kimi mənimsəmək, əsərlərini diqqət və ehtiram ilə öyrənmək, yaratdığı ədəbi tablo və timsalları müasir sənətin texnikası vasitəsi ilə yenidən canlandırmaq, möcüzəli sənətindəki bütün incəliklərin zövqünə varmaq, yüksək ruhundakı böyüklük və dərinliyin həqiqi ölçülərini bilməyə çalışmaq, varlığın sirlərini araşdıran hikmət və fəlsəfəsini qavramaq, bir sözlə: öz zamanında anlaşılmadığından şikayət etdiyi “türkcə”sini anlamaq – budur vətənpərvər Azərbaycan ziyalılarının və xalqını sevən bütün türklərin vəzifəsi.Bu vəzifədən üzərimizə düşən hissəsini öz bacarığımız daxilində hazırladığımız və müharibə vaxtının yaratdığı çətinliklər məxəz və qaynaqların hamısını əldə edib nəzərdən keçirə bilmədiyimiz nəticəsində istədiyimiz kamillik və dolğunluğa nail olmayıb bizi qane edə bilməyən bu səhifələrin Nizaminin yubileyinə hədiyyə edilməsindən başlıca məqsəd türk dilli gənc nəsildə Azərbaycanın bu böyük şairinə qarşı bir maraq oyatmaqdan ibarətdir.

19491 min
Nizaminin tərcümeyi-halı

Çöldən, dərədən bütün ərənlərLütf ilə mənə salam edərlər;

194918 min
Şairin Azərbaycan hökmdarları ilə münasibətləri

Şairin Qızıl Arslanla görüşmələrindən:Girib dərgaha qasib ərzə gəldi.

194918 min
Nizami öz gözü ilə

Hər kəs üçün birər inci işlədim,Özümə də bir qəsidə söylədim.

19494 min

Poems by other poets