Adəmi adəm eyləyən paradır
Adəmi adəm eyləyən paradır,Parasız adəmin üzü qaradır!
Qoy nə əslin, nəcabətin olsun,Nə nəcibanə halətin olsun,Baş-ayaq eyb içində olsan da –Tək bu aləmdə dövlətin olsun;Adəmi adəm eyləyən paradır,Parasız adəmin üzü qaradır!
Olmasın fəhmin, əqlin, idrakın,Var nə qəm, ta ki, vardır əmlakın;Atəşi-xanəsuzi-millət ikən –Hər kəsin səcdəgahidir xakın;Adəmi adəm eyləyən paradır,Parasız adəmin üzü qaradır!
Olmayır, olmasın da insafın,Dut qanın şişə içrə əsnafın,Ta ki, var əldə beş buçuq quruşun –Mö’təbərsən gözündə əşrafın;Adəmi adəm eyləyən paradır,Parasız adəmin üzü qaradır!
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-ademi-adem-eyleyen-paradir
Use ← → keys to move, R for a random poem
More by this author
DOĞRUDoğru deyən olsaydı yalançı usanardı,
Dilbər ("Ey dilbəranə tərzdə cövlan edən cocuq!")Ey dilbəranə tərzdə cövlan edən cocuq!Yeksər musurmanın ürəyin qan edən cocuq!
Bəxtəvər ("Oğlumuz, ay Xansənəm, bir yekə pəlvan imiş!")Oğlumuz, ay Xansənəm, bir yekə pəlvan imiş!Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!
Üç arvad ("Ax, bu uşaqlar necə bədzatdılar!")Ax, bu uşaqlar necə bədzatdılar!Lap deyəsən cin kimi bir zatdılar!
Poems by other poets · Satire
Millətinin halı pərİşan ola,Hor bir işi nifrətə şayan ola,
Bilirəm“Zəhlə töküb yazma” – deyənlərəYazdığım zəhləni tökməkdədi çoxdan, bilirəm,
NədirAhü fəryad eyləyirsən, söylə, fərmanın nədir?Məqsədin bildir nə şeydir, ahü əfğanın nədir?
Saqi dolanım başına, Allahi sevərsənSaqi, dolanım başına, Allahı sevərsən,Bir cami-şoveqgun ilə qıl könlümü rövşən.