Ağacların bəhsi
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
Alma, palıd, şam ağacı hal iləEylədilər bəhs bu minval ilə:
Başladı tərifə palıd qamətin,Öydü özün, zorbalığın, halətin;
“Yetməz olur, - söylədi, - dağlar mənə,Layiq olur fəxr edə bağlar mənə;
Az qala başım yetişir göylərə,Şax budağım kölgə Salıb hər yerə;
Əssə külək, qopsa da tufan, yenəƏyməyə əsla gücü çatmaz mənə;
Canlıcadır, zorbacadır baldırım,Sındıra bilməz məni heç ildırım!”
Alma ağacı ona verdi cəvab:“Eyləmə tərif özünü, ey cənab!
Zorbadı hərçənd ki, qəddin sənin,Yox mənə tay olmağa həddin sənin;
Səndə bitər bir neçə vecsiz qoza,Ancaq o da qismət olar donquza.
Məndə, vəli, yaxşı, gözəl alma var,Rəngini hər kim görə heyran qalar!
Dadlı, lətafətli, məlahətlidir,Saplağı incə, özü ləzzətlidir!”
Şam ağacı bildi bu keyfiyyəti,Söylədi:”Bəsdir, buraxın söhbəti!
Boş danışıqdan nə çıxar, ay balam?Qış günü siz çılpaq olursuz tamam;
Leyk mənim qışda dəxi yaz kimi,Yaşıl olur paltarım atlas kimi;
Lazıməm ev tikdirən insanlara,Həm dirəyəm, həm qapı eyvanlara
Qış sobada xəlq məni yandırar,Mənfəətim xəlqə mənim çox dəyər”.
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-agaclarin-behsi
Use ← → keys to move, R for a random poem
More by this author
Uçdun, ey ruhi-pürfütuhi – Həsən!Uçuşun iztirari-təndənmi?
XaqaniUlularımızdan eşitdiyimiz*Şirvan xaqanlarından, xaqani-kəbir Mənuçöhr olsa gərək, - bir gün erkən ova getdiyi əsnadə Şamaxının şimal-qərbisində, ən yavıq məhəldə vaqe Məlhəm kəndi kənarından keçərkən, pişvazı üçün kənd əhlindən bir kimsənin gəldiyini görmədiyi halda ancaq çıpırtı yığmaqla məşğul gördüyü bir uşağı yanına çağırıb demiş ki,
FəxriyyəHərçənd əsirani-qüyudati-zəmanız,Hərçənd düçarani-bəliyyati-cəhamz,
Fəhlə, özünü sən də bir insanmı sanırsan?!Fəhlə, özünü sən də bir insanmı sanırsan?!Pulsuz kişi, insanlığı asanmı sanırsan?!
Poems by other poets
Ay ağalar, sizə tərif eyləyim,Nə iş tutub üzü qarə Murad xan.
İnsan kimi saxla məniUlu tanrı, köməyim ol,Arzuma adaxla məni.
YaxşıdıBir kəs könül sənə etimad etsə,Biliynən ki, onun zatı yaxşıdı.
Məxluqdan xaliqəBilmirəm mən yeri, dünyanı yaratdın nə üçün?Dağlan, bağı, gülüstanı yaratdın nə üçün?