Bir cibimdə əskinasım, bir cibimdə ağ mənat
Bir cibimdə əskinasım, bir cibimdə ağ mənat,Olsun, olsun, qoy çox olsun boylə ləzzətli həyat!Pişgahi-çeşmi-canimdə vətən etsə vəfat, –Olsun, olsun, qoy çox olsun boylə ləzzətli həyat!Qarşıma tə’zim üçün səf bağlasa kuhsarlər,Axsa aclar didəsindən cuyi-cuşişbarlər,Baxmaram, ancaq çoxalsın kassada dinarlər,Olsun, olsun, qoy çox olsun boylə ləzzətli həyat!Xuni-əxvan ilə qoy olsun vətən bir laləzar,Zalimanın zülmü hərgiz etməsin vicdanə kar,Tək ucalsın şə’nimiz, olsun təəyyüş bərqərar,Olsun, olsun, qoy çox olsun boylə ləzzətli həyat!Şimdi bəzl etməm, mənə lazım şu imranın sonu,Çün pula möhtacdır dünyadə hər anın sonu,Bərcəhənnəm, olmasın yeksər müsəlmanın sonu!Olsun, olsun, qoy çox olsun boylə ləzzətli həyat!Çeynənildi millətin, neylim, hüquqi-əqdəsi?!Ya ki, heç bir yerdə yoxdur hörməti, şə’ni, səsi,Boylə-boylə sözlərin mən olmaram baziçəsi!Olsun, olsun, qoy çox olsun boylə ləzzətli həyat!Müxtəsər, çəkmə yanımda bir də vicdan namini,Ac qalıb, zar ağlayan bikəs yetiman namini,İstəsən könlüm açılsın – söylə milyan namini!Olsun, olsun, qoy çox olsun boylə ləzzətli həyat!..
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-bir-cibimde-eskinasim-bir-cibimde-ag-menat
Use ← → keys to move, R for a random poem
More by this author
Bir bölük boşboğazıq, heyvərəlik adətimiz,Doludur lənət ilə, qeybət ilə söhbətimiz,
Bir bəhanə əldə ünvan etməli bundan soraBir bəhanə əldə ünvan etməli bundan soraBüsbütün məxluqə elan etməli bundan sora!
Bir cibimdə əskinasımBir cibimdə əskinasım, bir cibimdə ağ mənat,Olsun, olsun, qoy çox olsun böylə ləzzətli həyat!
Bir dəstə gülİranlı deyir ki, ədl ilə dad olsun,Osmanlı deyir ki, millət azad olsun,