DOĞRUDoğru deyən olsaydı yalançı usanardı,Avarə qalanlar dəxi bir söz də qanardı!Sabitqədəm olsaydı əgər yar vəfadə1,Aşiq dəxi qaçmazdı bəladən, dayanardı!Əqval ilə ə’mal bir olsaydı, yəqinən,Bunca denilən sözlərə məxluq inanardı!Münsif həqə həq, batilə batil söləsəydi,Əlbəttə ki, nahəq söləyən şəxs utanardı!Şəxsiyyə qərəz yatmışa laylay deməsəydi,Qəflətlə yatan gözlərimiz bir oyanardı!2Gər ağzı küləkli kişilər püfləməsəydi,Bir şəm’ ki, asudə yanır, həm də yanardı!Həq söyləyənin küfrünə hökm eyləməsəydik,Həqgu məgər öz fikrini gizlərdi, danardı?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire