Əlminnətü-lillah ki, "Dəbistan" da qapandı!
Əlminnətü-lillah ki, "Dəbistan" da qapandı!Bir badi-xəzan əsdi, gülüstan da qapandı!
Hasilləri puç oldu bütün məzrəəcatın,Yel vurdu qavun-qarpızı, bostan da qapandı!
"Ülfət" kəsilib, toxdadı "Bürhani-tərəqqi",Məhv oldu "Həmiyyət", ədəbistan da qapandı!
"Rəhbər" yorulub, yuxladı "Irşad"ü "Təkamül",Aslanlara ox dəydi, neyistan da qapandı!
Meydani-rəqabətdə bizim hümmətimizdənDə’va qapanıb, Rüstəmi-dastan da qapandı!
Ətfali-vətən qoy bağırıb ölsün acından,Yandı analar sinəsi, püstan da qapandı!
Qoy köhnələrin daş ürəyi gül tək açılsın,Darüzzəfəri-tazəpərəstan da qapandı!..
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-elminnetu-lillah-ki-debistan-da-qapandi
Use ← → keys to move, R for a random poem
More by this author
Mənim bağım, baharım!Fikri işıqlı oğlum!
Nə yazım?Şairəm, çünki vəzifəm budur əşar yazım,Gördüyüm nikü bədi eyləyim izhar, yazım,
Ruhum!..Ruhum, ey şahbazi-ülviyyət,Himmətimtək fəzadə pərvaz et!
Əqvalı-hikmətdən müqtəbis bir mənzumKönül, ol talibi-hikmət, - o hikmət kim, həqiqətdir,Həqiqi hikmət ancaq hüsni-siyrətdən ibarətdir.
Poems by other poets · Nature and spring
Rüxsarın ətrafında nə xoşDüşübdür danə xalların
Vücudun şərhinə girdim əcəb sirri-Xüda gördümVücudun şərhinə girdim əcəb sirri-Xüda gördüm,Yasanmış iki bənd üstə bu şərhi canfəza gördüm.
Dövri-rüxsarına geysuyi-pərişan düzülübDövri-rüxsarına geysuyi-pərişan düzülüb,Ya ki, gül dövrünə bir dəsteyi-reyhan düzülüb?!
DilbərUca dağların başına,Qorxuram qar yağa, dilbər!