Fə’lə, özünü sən də bir insanmı sanırsan?!
Fə’lə, özünü sən də bir insanmı sanırsan?!Pulsuz kişi, insanlığı asanmı sanırsan?!
İnsan olanın cahü cəlali gərək olsun,İnsan olanın dövləti, mali gələk olsun,Hümmət demirəm, evləri ali gərək olsun;
Alçaq, ufacıq daxmanı samanmı sanırsan?!Axmaq kişi, insanlığı asanmı sanırsan?!
Hər məclisi-alidə soxulma tez arayə,Sən dur ayaq üstə, demə bir söz ümərayə,Caiz deyil insanca danışmaq füqərayə,
Dövlətlilərə kəndini yeksanmı sanırsan?!Axmaq kişi, insanlığı asanmı sanırsan?!
Fəqr ilə ğina əhlinə kim verdi müsavat?Mə’nadə də, surətdə də var bunda münafat,Öz fəzlini pulsuz edəməz1 kimsənə isbat,
Bu mümtənəi qabili-imkanmı sanırsan?!Axmaq kişi, insanlığı asanmı sanırsan?!
Get vur çəkicin, işlə işin, çıxma zeyindən,Məqsud müsavat isə ayrılma ceyindən,Var nisbətin ərbabi-ğinayə nə şeyindən?
Bir abbasi gün muzdunu milyanmı sanırsan?!Axmaq kişi, insanlığı asanmı sanırsan?!
Dövlətliyik, əlbəttə, şərafət də bizimdir,Əmlak bizimdirsə, əyalət də bizimdir,Divan bizim, ərbabi-hökumət də bizimdir,
Ölkə dərəbəylik deyə xan-xanmı sanırsan?!Axmaq kişi, insanlığı asanmı sanırsar?!
Asudə dolanmaqda ikən dövlətimizdən,Azğınlıq edirsiz də hələ ne’mətimizdən,Boylə çıxacaqsızmı bizim minnətimizdən?!
Ehsanımızın şükrünü küfranmı sanırsan?!2Axmaq kişi, insanlığı asanmı sanırsan?!Heç bir utanırsan?!
Ya bir usanırsan?!Əlminnətü-lillah,Odlara yanırsan
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-fe-le-ozunu-sen-de-bir-insanmi-sanirsan
Use ← → keys to move, R for a random poem
More by this author
"Osmanlıcadan tərcümə türkə" – bunu bilməm,Gerçək yazıyor gəncəli, yainki hənəkdir;
Şimdi hər millət edir nəfsini irfanə fədaŞimdi hər millət edir nəfsini irfanə fəda,Vətən övladı üçün elmə, dəbistanə fəda.
Oylə qorxmam "biş"dən kim, qorxuram "cədvar"dənOylə qorxmam “biş”dən kim, qorxuram “cədvar”dən,Yardən olmam əmin, olsam da gər əğyardən;
Bakıda Şamaxı yolundakı həbsxanənin qabağında oxunan növhədirAsta-asta, ey hacı, izhar olur xəlvətdəki,Get-gedə lap şöhreyi-bazar olur xəlvətdəki;
Poems by other poets · Satire
Birdən-birə dünyaya böyük ğülğülə düşdü,Bu ğülğülədən ali-Roman müşkülə düşdü.
Sabirabad pirinəKimdir şəkk eləyən Sabirabad möcüzünə?Gəlməyibdir belə bir möcüzə dünya üzünə!
Üsuli və Şeyxi təriqət mollaların həcviNeçələr silsileyi-təbimə təhrik verir,Rişteyi-nəzmə çəkəm yəni düri-qəltani.
Möhkəm birlikƏcəb şeydir: yazınızzəif əsərlər – o, sən,