Mənim bağım, baharım!Fikri işıqlı oğlum!Məktəb zamanı gəldi,Dur, ey vəfalı oğlum!Ey gözüm, ey canım!Get məktəbə, cavanım!

Gün çıxdı, sübh açıldı,Qaranlıqlar qaçıldı,Pəncərədən gün düşdü,Otaqlara saçıldı.Ey gözüm, ey canım!Get məktəbə, cavanım!

Oğul, oğul, amandır,Çox yuxlamaq yamandır.Çox yuxlamaq - şeytandan,Tez durmaq - allahdandır.Ey gözüm, ey canım!Get məktəbə, cavanım!

Nəsihət al, nəsihət,Qıl kəsbi-elmə qeyrət!Elmsizlik bəlasıMüşkül olur, həqiqət.Ey gözüm, ey canım!Get məktəbə, cavanım!

Məktəbdə var şərafət,Dəftərdə var lətafət.Cari olur qələmdənŞirin-şirin hekayət.Ey gözüm, ey canım!Get məktəbə, cavanım!

Allah olsun sədiqin,Məktəb sənin şəfiqin;Dur məktəbə get, oğlum,Dəftər sənin rəfiqin.Ey gözüm, ey canım!Get məktəbə, cavanım!

Müəllimin kəlamınAl, saxla ehtiramın;Həqdən edər təmənnaMəktəbinin dəvamınEy gözüm, ey canım!Get məktəbə, cavanım!

Elm öyrən, imtəhan vər,Öz fəzlini nişan vər;Qədrin bil elmü fəzlin,Elmin yolunda can vər.Ey gözüm, ey canım!Get məktəbə, cavanım!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice