Naəhl olana mətləbi andırmaq olurmu?!
-Naəhl olana mətləbi andırmaq olurmu?!**
Naəhl olana mətləbi andırmaq olurmu?!Söz qanmıyana zor ilə qandırmaq olurmu?!Könlüm sənə maildir əzəldən bəri, ey pul!Olsam da nolur taətinə il-günü məşğul,Sənlə görürəm kəndimi hər bəzmdə məqbul,Sənsiz bu cəhan əhlin inandırmaq olurmu?!Naəhl olana mətləbi andırmaq olurmu?!Sənsiz mənim əfzuniyi-sərmayeyi-fəxrim,Sənlə ucalır mərtəbeyi-payeyi-fəxrim,Gər dönsə üzüm qiblədən, ey mayeyi-fəxrim,Səndən yana göz nuru dolandırmaq olurmu?!Naəhl olana mətləbi andırmaq olurmu?!Canım üzülüb səndən ötür xəlqi soyunca,Bir yatmamışam ta səni sənduqə qoyunca!Derlər mənə: pul yığmayı boşla, ye doyunca!Eşq əhlini sövdadən usandırmaq olurmu?!Naəhl olana mətləbi andırmaq olurmu?!Kasib deyiliz, sikkeyi-pulu tanırız biz,Pul ilə olan şə’nü şüunu qanırız biz,Bir həbbə zərər yetsə pula, odlanırız biz,Yansın ciyərim! Dövləti yandırmaq olurmu?!Naəhl olana mətləbi andırmaq olurmu?!Sə’y eyləmişəm bir neçə il zirəkü çalak,Hardansa keçib girimə çox sərvətü əmlak,Bir acizə rəhm etməyib, ömr eyləmişəm pak,İndi bu süluki yavalandırmaq olurmu?!Naəhl olana mətləbi andırmaq1 olurmu?.Bunlar keçər, indi düşüb el başqa həvayə,Pul istənilir, məktəb açılsın füqərayə,Oğlan oxusun, qız oxusun payəbəpayə;Kasibləri elmə ucalandırmaq olurmu?!Naəhl olana mətləbi andırmaq olurmu?!Dəxli mənə nə elm oxuya millət uşağı?!Təhsili-kəmalat edə ya ümmət uşağı?!Getsin işə bu tənbəlü biğeyrət uşağı!Canım, gözüm, arifləri qandırmaq olurmu?!Naəhl olana mətləbi andırmaq olurmu?!Bizlərdə yox idi belə adət, – yeni çıxdı,Övrətlərə tədrisi-kitabət yeni çıxdı,İslamə xələl qatdı bu bid’ət, – yeni çıxdı,Bu çeşməni bir növ’ bulandırmaq olurmu?!Naəhl olana mətləbi andırmaq olurmu?!
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-naehl-olana-metlebi-andirmaq-olurmu
Use ← → keys to move, R for a random poem
More by this author
AY HARAY!Ay haray, bir neçə şair, neçə şair kimilər
DOĞRUDOĞRUDoğru deyən olsaydı yalançı usanardı,
Dilbər ("Ey dilbəranə tərzdə cövlan edən cocuq!")Ey dilbəranə tərzdə cövlan edən cocuq!Yeksər musurmanın ürəyin qan edən cocuq!
Bəxtəvər ("Oğlumuz, ay Xansənəm, bir yekə pəlvan imiş!")Oğlumuz, ay Xansənəm, bir yekə pəlvan imiş!Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!
Poems by other poets · Satire
Zəmanəmiz Nuşirəvan əsridir,De bağbana, bağa çəpər çəkməsin!
Qorxuram bayramımız qarə gələQorxuram bayramımız qarə gələ,Məmdeli, Pinti Həmid birdən ölə.
ItilgetHər kəs özü qəm çəkməyə daradır, itilget!Qəm çəkmə ki, millət qəmi bicadır, itilget!
Knyaz Xasay Usmiyev haqqında həcvRəhim bəy Uğurlubəyova*Rəhima, cövr edir hər dəm mənə bir naqolay knyaz,