Ey bayram axşamı yalqız qalan kəs,Bir şam yandırarsan adıma mənim.Bizim bu həsrətin yanğısı sönməz,Tonqallar alışar oduma mənim...

Bayram xonçasında şamlar yan-yana,Onların içində mən də yanaram.Gündüz bir dost kimi yada salanaAxşam alov kimi xatırlanaram.

Bayram niyyətində sevgini sına –Gecə gələrəmsə yuxuna – sağam.Nəfəsim dəyməmiş yanaqlarınaŞamın şöləsitək toxunacağam.

Bu uzaq ellərdə sənədir üzüm,Qalsam da dörd divar arasında tək...Bayram süfrəsitək açıqdı köksüm,Bircə şam alışır üstündə – ürək!..

Moskva, 20.III.1979

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets