Dut... dut... dut...Telefonun o başındaNaməlum bir boşluqƏlacsız sükut...

Sanki o doğma evdəNə hay verən olubmuş,Nə danışan, nə gülən,Sanki son anlarımdıTelefonun səsiyləYoxluğuna tökülən.

Ürəyim atlanır lal qaranlığaİlk dəfə duyuramHəyat – səs imiş.İlahi, bir anda itdi hər şeyimSəhər də,axşam dalap əbəs imiş!Haraymış,fəryadmışbu dünya özü,Mən səsin içindəyaşayırmışam.İlk dəfə üzümdə ölüm həniri,ruhsuz qalangozəri daşam!Üstümə yırtıcı dalğalar gəlir,Sonsuz qaranlıqdaazdı gəmim dəƏn şirin sözlərim sənə yetmədiÇatdıra bilmədim gileyimi də...Yalvarıb deyərdim:qaytar o səsiBarı yaşamağa həvəsim olsun.Mənim gileyim də sevgiylə dolsun“İnsafsız” deməyə bir kəsim olsun...

Dut... dut... dut...Ölümdən betər bir sükut...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets