Dünyanı tapşırın Qaraçay analarınaNaxış-naxış, ilmə-ilməBəzəsin onu.Tanrıya yardımçı olsunQaysaq bağlamış dodaqlarıylaLaylasını oxusun....Gecə-gündüz çalışan barmaqlarıylaCorabını gözəsin,Ətəyini, köynəyini toxusun.Keçə salsınbaşına çəkibyandırmağa ocağını.Araqçınını tiksinzərlə bəzəsin qotazını, saçağınıBeşik bağı hörsünbələkləri bağlamağa,Yaylıq toxusunGözünə basıb ağlamağa.Aşılanmış dəridən ekvator boyda kəməri,Qoyun dərisindənağappaq papağı buzlaq qədərHansı duyğuları desənköçürsün ilməyə,İstəyənə sevinc, istəyənə kədər!..Keçirsin barmağındanərlərin qışlığınıqızların başlığını,yaşmaq ehtiyacı,ya könül xoşluğunu.Təbiətin min rəngibu əlçəyə hopubsa...Fərman yazan əllərin qəzəbi söküləcəkBarmaqlaraçılmaqdan suala dönmüştətikdən çəkiləcək...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets