Moldayı, salmadı el dil boğaza…Eybi yox, gərçi qoyulduq loğaza,Yaz bu e’lanımı da bir kağaza:Açmışam Reydə geniş bir mağaza,Çox ucuz qiymətə hər şey satıram,Ay alan!.. məmləkəti-Rey satıram!Mağazamda tapılır hər cürə zad:Cami-Cəm, rə’yəti-Key, təxti-Qubad;Gərçi bazarımı etməkdə kəsadSə’y edir bir para İrani nəjad,Leyk mən baxmayıram, hey satıram!Ay alan!.. məmləkəti-Rey satıram!Nə gərəkdir mənə bir munca ümurKi, edə qəlbimi bihissü hüzur?Babama vermədi əl "abəki-şur",Deyiləm naxələfü nabəşüur;Qəsri-Şirin, əsəri-Key satıram!Ay alan!.. məmləkəti-Pey satıram!İstəməm nuri, qaranlıq sevirəm,Mülki-İranı dumanlıq sevirəm,Boşlayıb şəhri, yabanlıq sevirəm,Bəsdi şahlıq, dəxi xanlıq sevirəm,Səbzəvar ilə məyamey satıram!Ay alan!.. məmləkəti-Rey satıram!Söz mənim, ev mənim, əsrar mənim,İrzü namus mənim, ar mənim,Mal mənim, məsləhəti-kar mənim,Satıram, dövləti-Qacar mənim;Kimə nə dəxli ki, mən şey satıram?!Ay alan!.. məmləkəti-Rey satıram!Şah məşrutə-pənah olmaq isə,El qoyan vəz’lə şah olmaq isə,Guş bər əmri-sipah olmaq isə,Şah olub həmdəmi-ah olmaq isə,Xan olub, nuş eləyib, mey satıram!Ay alan!.. məmləkəti-Rey satıram

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire