Təbaət
Sərmayeyi-irfanı nasıl kəsb edər insan?
Təhsili ülum ilə olur rütbeyi-irfan
Elm isə olur hansı məkandan bizə vasil?
Məktəbdə kitab ilə olur səylə hasil.
Ənvai-kütüb buldu nə mərkəzdə təzayid?
Ol mətbəədən aləmə bəxş etdi fəvayid.
Kəşf oldu kimin sayeyi-səyində bu sənət?
Göstərdi Hotenberq bu sənətdə məharət.
Kafi olub icrası üçün sərvəti barı?
Məfluk olub icrayə varınca bu şiarı!
Yetdi necə bəs mövqeyi-ikmalə bu sənət?
Etdi iki sərvətli zəvat ilə şərarkət.
Şirkətlə məgər boyləcə müşkül olur asan?
Şirkətdədir icrayi-əməl, nəfi-firavan.
Etsək nə olur biz də belə şirkətə iqdam?
Sus, söylə bizə təfriqəni, ta edək əncam...
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-tebaet
Use ← → keys to move, R for a random poem
More by this author
– Yoldaşım, yatmışmısan?– Yox, bir sözün varsa, buyur!
Başqa millətdən hüququn almaq üçün hər zamanBaşqa millətdən hüququn almaq üçün hər zamanInqilabiyyun, səlahiyyun, rəşadiyyun çıxar!
Dün oxurkən bir müdiri-məktəbin məktubunuDün oxurkən bir müdiri-məktəbin məktubunuMin qələt gördüm qarışmış bir vərəq imlasına;
Mürtəce xadimlərim, ha indi xidmət vəqtidir!Mürtəce xadimlərim, ha indi xidmət vəqtidir!Yatmayın, huşyar olun, iş vəqti, qeyrət vəqtidir!
Poems by other poets
Salam, Rəsul Rza!Yenə də özümlə söhbətim səndən düşdü,
Harda bir atəş görsən...Harda bir atəş görsənAlovu dilim-dilim,
Təcnis: Ey sülatin, nə xəşmlü baxırsanEy sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm
Qara qorxuEy Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd