Töhmət edir qəzetçilər, – mə’şəri-nası bir belə!..Özlərinin, inan ki, yox fəhmü zəkası bir belə!..

Mən kimi aqil olsalar, şüğl edələr oğurluğu, –Zəhməti, rənci bir belə!.. zövqü səfası bir belə!..

Cümlə məarif əhlinin haləti göz önündədir, –Vəchi-məaşı bir belə!.. dərdü bəlası bir belə!..

Madəri-elmə söylənir Məryəmə1 söylənən tühəm,Elmin anası bir belə!.. cəhlin atası bir belə!..

Mən dəliyəmmi oğlumu məktəbə, dərsə sövq edəm?!Dərsin əzası bir belə, xəlqin ədası bir belə!..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice