Vaiz, qələm əhlin niyə təhqir eləyirsən?
Vaiz, qələm əhlin niyə təhqir eləyirsən?1Ey əbri-siyəh, nuri nə təstir eləyirsən!El cümlə dönüb olsa da kafir işin olmaz,Təzvirini kim ki, duya təkfir2 eləyirsən!Lə’n eyləyərək qasibə məxluqu soyursan,Fani deyərək aləmi tə’mir eləyirsən!Gördüm yuxuda baği-behişt içrə gəzirsən,İnsaf!.. Bunu sən necə tə’bir eləyirsən?Tərk eylə riyani ki, riya şirki-xəfidir3,İşbu sözü kəndin belə təqrir eləyirsən!Mən məkrini hiss etməyə meyil etmədim əsla,Kəndin dili-həssasimə tə’sir eləyirsən!Bizdən gözünü yığ ki, sənə aldanan olmaz,Get onları xam tovla ki, təzvir eləyirsən!
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-vaiz-qelem-ehlin-niye-tehqir-eleyirsen
Use ← → keys to move, R for a random poem
More by this author
Bayram olcaq şövkətlilər, şanlılar,Dövlətlilər, pullular, milyanlılar,
Ə. Qəmküsar bəradərimə cavab“Təhvili-ibarət” sözünü “tərcümə” qanmaq, –Məktəbli çocuqlar da bilir kim, bu xətadır;
Bildir ehyayi-Səmərqənd etdi İran taciriBildir ehyayi-Səmərqənd etdi İran taciri,Məktəb açdı, xəlqi xürsənd etdi İran taciri;
ŞamaxıdaƏsri-bistümdür, səhab1 altında qalmaz şəmsi-elm,Bir zəman təl’ət açar, pərtöv saçar, zülmət qaçar;
Poems by other poets · Satire
Sən qanmasan, eybi yoxdur, utanma,Çünki mən qanıram, mən utanıram.
Ramazan həsrətiRamazan ayı münasibətilə mollalar nağıl oxuyurlar.*On bir ay həsrətinə tab eyləməz can, Ramazan,
"Kəlniyyət" məcmuəsinin ruhunaÖtdünsə sənin ruhuna mən fatihəxanəm,Rəhmət ola, min yol sənə rəhmət, genə rəhmət.
Halın necədirAy Baba, söylə görüm, indiki halın necədir?Millətin halı üçün fikrü xəyalın necədir?