Yox, yazmaram!
Molla dayı, çox bərk daşır qazanın!..Başçısısan hər yolundan azanın!Baharından görünməyir xəzanın,Çünki hər yerdən var neçə yazanın;Burdan da mən xəbər yazım, yazmayım?Yox, yazmaram! Amma hələ qoy yazım…Qismət olsa, bundan belə yazmaram,Toxunmasa sözüm elə, yazmaram!Yazdığıma yalan-palan qatmaram,"İşan" kimi rüşvət pula yatmaram,İmanımı Hac Kazıma satmaram,Boşsan deyib, Fəxrini aldatmaram,Məsləhətsə əgər yazım, yazmayım?Yox, yazmaram! Amma hələ qoy yazım…Fürsət olsa, bundan belə yazmaram,Girə bilsəm daşqın selə, yazmaram!Kəbin kəssəm doşab kimi axmaram,Göz altından Fəxri tərəf baxmaram,"Ənkəhtünü" "təlləqtüyə" çaxmaram,Hac Bədəli yandırıban yaxmaram,Dalda gedib söyər; yazım, yazmayım?Yox, yazmaram! Amma hələ qoy yazım…Möhlət olsa, bundan belə yazmaram,Elə yazsam, bilə-bilə yazmaram!1Dövlətliyə yaltaqlanmaq bilmərəm,Qəmli ikən yalan yerə gülmərəm,Pristavın çəkməsini silmərəm,Hörmətimi gözlərəm, əksilmərəm,Mollalığa dəyər, yazım, yazmayım?Yox, yazmaram! Amma hələ qoy yazım…Qismət olsa, bundan belə yazmaram,Əgər poçta yazsam, telə yazmaram!Qumarbazın hədiyyəsin almaram,Bir şübhəli pul kisəmə salmaram,Üzə salıb gücnən qonaq qalmaram,Qonaq qalsam cibin-zadın çalmaram,Üzmim əldən gedər, yazım, yazmayım?Yox, yazmaram! Amma hələ qoy yazım…Növbət olsa, bundan belə yazmaram,Davam etsə duman, yelə yazmaram!Eylədiyim və’zə inannam özüm,Eldən qabaq, eybimi qannam özüm,Qövlümə fe’limlə dayannam özüm2,Pis hərəkət etsəm utannam özüm,Halım olar bətər, yazım, yazmayım?Yox, yazmaram! Amma hələ qoy yazım…Hacət olsa, bundan belə yazmaram!Dalda qeybət, üzdə səna etmərəm,Gizli söyüş, zahir dua etmərəm,Xəlqi görcək riya-miya etmərəm,Riya etmiş olsam, həya etmərəmAllahımdan məgər! Yazım, yazmayım?Yox, yazmaram! Amma hələ qoy yazım…Halət olsa, bundan belə yazmaram!Uysam məkrə, düşsəm fe’lə, yazmaram!Qovlansam da evdən çölə, yazmaram!Uyub sənə öz yolumdan azmaram!..
Kitabxana.az · https://kitabxana.az/en/works/sabir-yox-yazmaram-molla-dayi-cox-berk-dasir-qazanin
Use ← → keys to move, R for a random poem
More by this author
Məftuni-səri-zülfüne qüllab gərəkməz,Rəncuri-ləbi-ləlinə innab gərəkməz.
Mən belə əsrarı qana bilmirəmMən belə əsrarı qana bilmirəm,Qanmaz olub da dolana bilmirəm!..
Müxtəlif parçalarTutdum orucu irəmazanda,Qaldı iki gözlərim qazanda,
Neyliyim, ey vay! Bu urus başdılarNeyliyim, ey vay! Bu urus başdılar,Bilməyirem hardan aşıb-daşdılar?!
Poems by other poets · Satire
“Dəbistan”ın əvvəlinci nüsxəsinin 11-ci səhifəsində rus ədibi Pozdnyakovdan tərcümə*Qız nənəsinə deyir:
SinəzənÇək xəncərini, baş-qulağın qan eyləyib yar,Vəhşiyyətini aləmə elan eyləyib yar,
Səndən sonra, ey tagi-sər başımaMixail Petroviç Kolyubakinə*Səndən sonra, ey taci-sər, başıma
Aclıq davasıAclıq davasında yoldan azanlar, qaçıb dazanlar, qəzet yazanlarüçün belə rəvayət edirlər: Saralüddövlə Kirmanşah döyüşündən sonra