Dördüncü pərdə
Page 3 of 4 · 50%
Qənbər
Bu Gülümovda bir xəbər var, deyəsən.
Hüseyn
Bilmirəm. İkihaça danışır. Gələn kimi dayımın ovcuna qoymasam, kişi deyiləm.
Səməndərli içəri girir.
Səməndərli
İş baş tutmur, ey mənfur taxıl qəhrəmanları.
Hüseyn
Necə yəni, baş tutmur?
Səməndərli
Cəbhədə vəziyyət gərginləşir. İspalkomun əmrilə bütün gözətçiləri dəyişib təzələrini təyin eləyiblər. Bu gözətçilər də atalarını tanımaq istəmirlər. İçəriyə nə qədər taxıl gətirirsən, gətir, amma bayıra bir misqal da çıxartmaq olmaz.
Qənbər
Hə, bu əngəl oldu. Oğul, al qəbzini, pulları bəri ver, bizim alverimiz baş tutmadı.
Hüseyn
Pul hanı? Pullar Rəhilə xanımda, onun da məhəbbəti mənim ürəyimdə.
Qənbər
Bu olmadı. Pulların da məhəbbəti mənim ürəyimdədir axı!
Səməndərli
Dayan, bəlkə çarə tapdıq. Mənim beynimdə dərin bir hərbi plan fır-fır fırlanır.
Qənbər
Sənin beynin fırlanıb qurtarıncaya qədər mənim arabalarımın başını tutarlar. Tez ol...
Səməndərli
Bu sənin üçün halva-zad deyil ki, tədbir lazımdır, tədbir. Sən get arabaların yanına, adamları hazırla, qoy, qayıt, taxıllar haradadır?
Hüseyn
Anbarın dal qapısından çıxardıb balkonun altına yığmışam.
Səməndərli (Qənbərə)
Çox yaxşı. Sən get, tez qayıt...
Qənbər
Mən sizə arxayınam. Tez eləyin. (Çıxır)
Hüseyn
Yox, bu gün buradan taxıl çıxartmaq olmaz.
Səməndərli
“Olmaz” olmasın. Kişinin pullarını qaytararsan.
Hüseyn
Pul hanı, pulları sənin yanında verdim ki.
Səməndərli
Onda sənin işin yaxşı olmur. Sənin qəbzin Qənbərin cibində. Sabah qəbzi aparıb verəcək prokurora. O da ki, səni çoxdan hərləyir girinə keçirsin. Yaxşıca əlinə düşərsən. Yox, Otello, sənin səadət qapıların bağlandı. Kəlmeyi-şəhadətini de.
Hüseyn
Mən neyləyim, ay Səməndərli? Budur, taxıllar burada, nə vaxt istəyirsiniz aparın! Məni niyə sıxışdırırsan? Dayımdan utanmırsan?
Səməndərli
Hə, indi ki, belə tez yola gələnsən, onda qulaq as, gör nə deyirəm. Mən sənə işarə eləyən kimi bizim MPVO-nun fitini çalarsan.
Hüseyn
Ondan nə olsun ki?
Səməndərli
Nə olacaq? Fit çalınan kimi mən həyəcan deyib çığıracağam. Camaat qaçıb dolacaq zirzəmilərə, mühafizəçi-zad qalmayacaq. Ara xəlvətkən Qənbər taxılları daşıyar. Başa düşdün, ey səmimiyyət dağarcığı...
Hüseyn
Yox, mən bacarmaram. Müharibə vaxtı həyəcan ilə zarafat olmaz.
Səməndərli
Zarafat ilə demirəm ki... Fiti çal, çəkil dur kənarda, dalını mən yoluna salaram. Bəri gəl, səni bir yaxşı başa salım.
Çıxırlar. Qurbanov kefsiz içəri girir.
Qurbanov
Gülümov, ay Gülümov!
Gülümov çıxır.
Gülümov
Gəldiniz, yoldaş Qurbanov? Xeyir ola, nə münasibətlə çağırmışdılar?
Qurbanov
Burada adam yoxdur ki?
Gülümov
Xeyr, adam nə gəzir! Sözünüzü deyin.
Qurbanov
Mənə bir az pul lazımdır.
Gülümov
Pul? Mən ölməmişəm ki... nə qədər istəsəniz. Pul nəyinizə lazımdır ki?
Qurbanov
Gərək təcili Bakıya gedəm.
Gülümov
Bakıya? Nə üçün? Bilmək olmaz?
Qurbanov
Partbiletimi əlimdən aldılar. Görək, bəlkə Bakıda ərizədən-zaddan verdik, düzəldi.
Gülümov
Partbiletinizi niyə aldılar axı?
Qurbanov
Partiyadan çıxartdılar da...
Gülümov
Bəs qulluqdan necə?
Qurbanov
Partiyadan çıxardandan sonra daha qulluqda qoymayacaqlar ki. Təcili Bakıya getmək lazımdır. Bir az pul tap, tez ol.
Gülümov
Hə, burada iş bir az yoğunladı. Mənim pulum haradandır ki, sizə verim.
Qurbanov
Bəs indicə deyirdin ki, nə qədər istəsən, verərəm.
Gülümov
Yoxdur da... yoxdur... başa düşmürsən? Hansı hesabdan verim? Xirtdəyə kimi kassaya borclusunuz. Heç bilmirəm onları neyləyəcəyik?
Qurbanov
Sən nə üzüdönük adamsanmış...
Səməndərli içəri girir.
Səməndərli
Mən hazır...
Qənbər və Hüseyn içəri girirlər.
Qənbər
Biz də hazırıq.
Qurbanov
Bunlar nəyə hazırdırlar?
Gülümov
Sizi yola salmağa.
Rəhilə və Murad içəri girirlər.
Rəhilə
Nə olub? Yenə yığıncaqdır?
Murad
İclasdır, yoxsa? Onda mənə söz verin.
Səməndərli (Hüseynə)
Sən get fiti çal.
Hüseyn
Qorxuram axı...
Səməndərli
Get, qorxma. (Hüseyn çıxır)
Qurbanov
Rəhilə? Sən bayaq bu Gülümov barədə nə deyirdin, deyəsən, düz deyirsənmiş axı.
Rəhilə
Nə olub belə, yumşaldınız?
Birdən fit çalınır. Hamı donub qalır.
Səməndərli
Həyəcan, qaçın. Gizlənin, düşmən təyyarələri anbarların üstündədir. Qaçın zirzəmilərə.
Camaat qaçır. Qaçaqaç düşür.
Murad
Rəhilə! Deyəsən, burada bir kələk var. Sən get gözətçilərin yanına.
Rəhilə çıxır.
Qənbər
Bu kar fiti eşitmədi axı, neyləyək?
Səməndərli
Murad? Qaç gizlən, həyəcandır.
Murad
Nə olubdur, deyirsən?
Qənbər
İş çətinləşdi. Bunu başa heç cür salmaq mümkün olmayacaq!
Hüseyn (içəri girir)
Tez olun görək, yubanmayın.
Səməndərli
Əşi, bu kar fiti eşitmir. Bir söz başa salmaqda olmur.
Hüseyn
Mən bu saat onu çıxardaram. (Muradın qolundan tutur) Murad! Gəl, dayım səni çağırır. (Onu dartaraq aparır)
Səməndərli
Di tez olun, əmin-amanlıqdır.
Taxılları daşıyanda səhnə qaranlıqlaşır.
Kitabxana.az · https://kitabxana.az/en/works/sabit-rehman-asnalar-dorduncu-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Axşam dedikdə adamın gözünün qabağına gəlir: teatrlar, konsertlər, işıqlı bulvarlar, parklar, dost-aşna ilə söhbət, zarafat... Gündüz əgər işdən bir az yorulubsansa, axşam çıx dəniz kənarına, ya da ki, dağüstü parka. Axşam Bakısının böyük ahənglə vuran nəbzini duyduqdan, gənclərin yarpaqların pıçıltısına qarışan gülüşlərini eşitdikdən, Xəzərin sularında çimən gur işıqlarını gördükdən sonra adamda yorğunluq qalar? Bütün bu gözəlliyi yaradan, həyatımızın hər zaman işıqlı olmasını təşkil edən əməkçi insanların əlidir, quran, yaradan əllər...Mən NEP vaxtında Bakıya gəlmişəm. O zaman şəhər belə deyildi. Böyük küçələrdə az-maz işıq görünürdü, kiçiklərdə isə heç yox idi. Xüsusən yuxarı hissədə axşam zil qaranlıq demək idi. Qaranlıq olan kimi o zamankı qarışıq cəmiyyətin bütün xıltı üzə çıxırdı.
Qanlı məktubƏlihüseyn dəm üstündə idi. Günortadan bala-bala vurmağa başlamışdılar. İndi məclisin əsil qaymaq vaxtında durub getməli idi. Çünki bir saatdan sonra tamaşa başlayacaqdı. Əlihüseynin bu günkü rolunun cəmi üç cümləsi vardı: birinci pərdədə deyirdi: “Bəli, cənab”, ikinci pərdədə deyirdi: “Xeyr, cənab”, üçüncü pərdədə deyirdi: “Baş üstə, cənab!” – vəssalam. Əlihüseyn iyirmi ildir teatrda bu cür rollar oynayırdı, yaratdığı obrazların hamısı yumurta kimi bir-birinə oxşayırdı. “Yaratdığı obraz” deyəndə bir az yekə düşür, çünki Əlihüseyn heç nə yaratmırdı. Tamaşadan-tamaşaya yalnız paltarla qrimini dəyişirdi. Bəzən rejissor teatrda olmayanda heç qrim də eləmirdi. Vəziyyətindən son dərəcə razı idi. Əziyyətsiz, zəhmətsiz hər ay maaşını alıb qoyurdu cibinə.İndi, bu saat onun teatra getməyə heç həvəsi yox idi. Müftə bir məclis əlinə düşmüşdü. Bayaqdan üç dəfə Əlihüseynin sağlığına içmişdilər. Yemək də arası kəsilmədən gəlirdi. Səhnədə bir cənaba “bəli, xeyr, baş üstə” demək üçün bu cür məclisi qoyub getmək axmaqlıq olardı. Odur ki, teatrın müdirinə bir məktub yazıb, yağlı cümlələrlə oğlunun güya xəstə olduğunu, ona görə də tamaşaya gələ bilməyəcəyini xəbər verdi.
Darvaza dram cəmiyyətiBizim həvəskarlardan ibarət bir dram cəmiyyətimiz vardı. Mürşüd adında bir oğlan rəhbərimiz idi. Mürşüdün müsbət cəhəti orasında idi ki, yaxşı təşkilatçı idi, həvəskar yığmağı, tamaşaçı toplamağı, paltar tapmağı, dekorasiya qurmağı bacarırdı. Zarafatcıl, üzügülər idi. Xətirli oğlan idi. Heç kəs onun sözündən çıxmırdı. Mənfi cəhəti orasında idi ki, aktyorluğu zəif idi, bir ayağı o birindən qısa idi. Ancaq rəhbər olduğu üçün baş rolları həmişə özü oynayırdı. Böyük bir hazır-cavablıqla da səhnədə öz axsaqlığına məna verməyə çalışırdı. Məsələn, Otellonu oynayanda Yaqoya deyirdi:– Yaqo, Əlcəzair müharibəsində məni qıçımdan yaraladılar, ondan bəridir axsayıram.
İlk tamaşaGülüş qrim eləyirdi. Həyəcandan elə qızarmışdı ki, üzünü pudra ilə ağartmağa çalışırdı. Ona qədər bu rolda çıxış eləyən bütün aktrisalar qrim zamanı çalışırdılar ki, yanaqlarını qızartsınlar, gözlərinin ətrafındakı qırışları ört-basdır eləsinlər, səhnədə rola uyğun olaraq gənc görünsünlər. Amma Gülüş onsuz da gənc idi, çox gənc idi və bu rol onun ilk böyük rolu idi. O çalışırdı ki, qrim vasitəsilə özünü bir az yaşlı eləsin, səhnədə çox uşaq görünməsin.İki ay idi məşq eləyirdilər. Gülüş rola da, partnorlara da adət eləmişdi, baxış tamaşası kimi ən çətin imtahandan çıxmışdı, nazirliyin nümayəndələri, komissiya üzvləri onun oyununu xoşlamışdılar. Hətta onların içərisində xoş söz deməyə xəsislik edən, başı daz bir tənqidçi belə, başqalarının haqqında çox acı sözlər dediyi halda Gülüşü tərifləmişdi. Aktrisalar deyirdilər ki, bu tarixi bir hadisədir, o tənqidçinin ki, səni tərifləməyə dili tərpənib, deməli həqiqətən yaxşı oynayırsan.
Poems by other poets
Nə qalıbsan qəm əlində,Üstü duman olan könlüm,
Hay mədədÇox çalışdım, mətləbimə çatmadımArzu mənim canda qaldı, hay mədəd
SualAləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?
Mərizi-eşqə əlac eyləməz təbib, ölməMərizi-eşqə əlac eyləməz təbib, ölmə!Bu dərdə carə edər visləti-həbib, ölmə!