Mənəm ki, sakini-meyxaneyi-diyari qəməm,Hərifi-badəkeşi-bəzmi-sağəri-ələməm.Əlimdə cami-bəla, eşq kişvərində Cəməm,Nəzərdə gərçi gədayəm və leyk möhtəşəməm.

Başımda çətri-siyəh sayəbani-ahımdur,Hücumi-dərdü bəla ləşkərü sipahımdur,

Mənim ki, gəzmədi hərgiz sipehr kamımla,Müyəssər olmadı bir kam ehtimamımla,Oturmadım nəfsi sərvi-xoşxuramımla,Tamam olmadı ömrüm məhi-təmamımla.

Həmişə çərxdən azardur nəsib manaZəmanədən yetişür möhnəti-qərib mana.

Nədür zəmanə işi, cövr ilə cəfa etmək,Sipehr şivəsi təğyiri-müddəa etmək,

Rəqib dərdi-dilin bilməyüb dəva etmək,Məni ki, dərdi-dilim sərbəsər cəza etmək.Könül, zəmanədən incinmə, şadü xursənd ol,O aqil irməz isə, bari sən xirədmənd ol.

Hilal tək fələkün cövründən xəm olsan tək,Bəlayə həmnəfəsü dərdə həmdəm olsan tək.

Hərimi-cövrü cəfa məhrəmi-qəm olsan tək,Qəribü badiyəpeymayi-aləm olsan tək.Ki, əglənüb qalasan qeyr müddəasilən,Bəli, deyib gəzəsən özgələr rizasilən.

Əgər ki, yarə müti olsa yar, ar olmaz,Qəbuli-xidməti-əhbaba şərmsar olmaz,

Rəfiq xidmətidi, kəsri-etibar olmaz,Get-gedə sitəmin çəksə, xarü zar olmaz.Nəuzbillah, əgər süflə ola mənzurün,Günah ilə nə miqdar ola məqdurün.

Şükür kim, talibi-dünyayi-dun degil könlüm.Hərifi-xəlvəti-bəzmi-cünun degil könlüm.

Müqəyyədi-qədəhi-laləgun degil könlüm,Zəbuni-minnəti-xəsmi-zəbun degil könlüm.İşim həmişə qəmü dərd birlə şad olmaq,Murad tərkin edüb rindü namurad olmaq.

Nə bir rəfiq ki, rəf'i-məlal edəm naçar,Nə bir təbib ki, dərdi-dil eyləyim izhar,Mənəm həmin qəmü ənduhü kəsri-səbrü qərar,Budur mana fələkün lütfü az-çox dəvvar.

Nə ruzigar, nə dirilik, nə müddəadur bu,Bu işdə kari-rəva olmadum, rəvadur bu.

Random poem

More by this author

Poems by other poets · Love