Canlı Dərbənd çiçəyi
Dərbəndin gül bağından dərdim qönçə bir çiçək,Rəngi, ətri, görkəmi biri-birindən göyçək.Dedim: hansı cinsdəndir bu sevimli qönçə, gülKi görüncə dərindən çırpındı miskin könül?Qərənfildir yoxsa bu? Tellərində var çətir.Yox, yox, qərənfillərdə hanı bu rəng, bu ətir.Diqqətlə bir də baxdım, ağ zanbaqdır dedim bu.Yox, zanbaqda tapılmaz bu təravət, bu qoxu.Qızıl gül olsun gərək, ala çalır yanağı.O gülə çox bənzəyir bunun qönçə dodağı.Eyvah, yenə yanıldım, qızıl güllər tez solur,Mənim gülüm getdikcə təravətlə yoğrulur.Gördüm artıq güllərin olmayacaq köməyiQoydum onun adını “Canlı Dərbənd çiçəyi”.Bu sevimli çiçəyim payızı yaza qatdı.Sevdi yeni yurdunu, dərindən rişə atdı.Həyatının baharı verdi ona üç budaq,Hər budaqda parladı ulduz kimi bir çıraq.Ömrümün bağçasını şənləndirdi bu üç gül,Onlardan ilham alır bu qoca şair könül.Onlardır qol-budağım, onlardır şən dilyəim,Yetişdirdi bunları “Canlı Dərbənd çiçəyim”.Bu yaşımda vurğunam yenə o ağ telinə,Qəlbimə şənlik saçan o füsunkar dilinə.Bu gün tam üç həftədir ayrılmışam gülümdən,Yerim cənnət olsa da, onsuz zindandayam mən.Hər yadıma düşəndə qəlbimin başı titrər,Kipriyimin ucunda gözümün yaşı titrər.
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-canli-derbend-ciceyi
Use ← → keys to move, R for a random poem
More by this author
Əhməd dörd il Moskvada çalışdı, çapaladı, hər çətinlik və zəhmətə qatlanaraq, geoloji fakültəni bitirdi. O, artıq Moskvanın küçələrinə sığmırdı. Nə demək, bu onun üçün az şey deyildi. Bilik səhnəsindən həyat cəbhəsinə atılmış, maddi və mənəvi ehtiyacını təmin edəcək ixtisas sahibi olmuşdu. O gün Moskvanın ən gözəl gəzinti yerlərini saatlarla dolaşdı. Ən böyük küçələrdəki iri mağazaların sərgisini dərin bir nəşə və maraq içində nəzərdən keçirdi. Ancaq onun gənc köksünü və daşqın qəlbini axın-axın doldurmaqda olan sevinclərində iştirak edəcək bir kimsə tapmadı. Artıq o gözəl bağçalar, gəzintilər, o geniş küçələr onu sıxmağa başladı. O hamıdan artıq Məhərrəm əmini xatırladı. Əllərini köksü üzərində çarpazlayaraq:– Ah, o indi yanımda olmalı idi! – dedi, – Həm diplomumu göstərərək sevincimi onunla bölüşər, həm də gələcəkdə görəcəyim işlər haqqında ona geniş məlumat verərdim.
Altıncı fəsilZəki üç gün idi dalğın və əsəbi görünürdü. Axşamlar evdən çıxır, gecə evə çox gec dönürdü. Zəki evlənəndən sonra xalası oğlu Musa öz evlərinə köçdüyündən Nəzakət evdə tək qalırdı. Əhməd isə gecələməyə evə gələndə Nəzakəti tək görür, özünü bir qədər yaxşı hiss etmirdi. “Hər halda müsəlmançılıqdır, – deyirdi,– hərənin ürəyinə bir şey gələ bilər”. Ancaq Nəzakət özünü heç o yerə qoymur, Əhmədi səmimiyyətlə qarşılayır, xörəyini verir, şüşəbənddə oturub mütaliəsinə davam edirdi. O, Zəkinin ciddi işlərlə məşğul olduğunu duyduğundan ona mane olmur, əksinə şərait yaradırdı. Zəkinin gecələr evə gec qayıtması Əhmədi çox əsəbiləşdirirdi. Xüsusən Nəzakətə lap yazığı gəlirdi. Bir axşam Zəki iki nəfərlə gəldi. Oturdular, yavaşdan danışdılar, yedilər, içdilər yenə qalxıb getdilər. Əhməd bundan bir şey anlamadı. Ancaq Zəkinin ona qarşı olan soyuq hərəkətindən çox sıxıldı. Nə gələrkən, nə də gedərkən Əhmədə əsla əhəmiyyət vermədi, hətta yeyibiçərkən onu dəvət də etmədi. O artıq Zəkiyə bir yük olduğunu düşünür və buna çarə axtarırdı. Həmin gecə Zəki çox erkən qayıtdı. Həmişəki kimi nəşəli görünürdü. Otağa girən kimi Əhmədə yaxınlaşdı, əli ilə onun çiyninə vuraraq soruşdu.– Hə, dostum, necəsən, sıxılmırsan ki?
Yeddinci fəsilƏşrəf Sonanı dəlicəsinə sevdiyi kimi, Sona da ona ürəkdən vurulmuşdu. Evə gəldiyi zaman Əşrəfi min bir dillə dindirir, sağına, soluna keçir, onu dadlı sözlərlə əyləndirir, iri qara gözlərinin ən səmimi baxışlarını, yaqut dodaqlarının ən şirin gülüşlərini yalnız ona bağışlayırdı. Əşrəf də arabir Sonanın o gözəl kiçik başını qucaqlayıb, iki əli ilə onu köksünə sıxaraq:– Ah, qəlbimin sevinci, ruhumun işığı. Səni kiçiklikdən sevdim. Sənin üçün yaşadım, sən mənim yeganə gözəlimsən, – deyirdi.
Səkkizinci fəsilYay olduqca isti keçmişdi. Günəşin altında istilik 56 dərəcəyə, kölgədə 35 dərəcəyə qədər artmışdı. Varlılar, az-çox imkanı olanlar sərin istirahət yerlərinə, Abşeron bağlarına çəkilmişdilər. Məhərrəm əmi öz həyat yoldaşı Firuzə ilə bərabər şəhərdə qalmağa məcbur olmuşdu. Zəki ilə Nəzakət tez-tez onlara baş çəkirdi. İstinin Məhərrəm əmiyə pis təsir etdiyini görüb Zəki qocaları Nəzakətlə bərabər Qala kəndinə aparmaq istədi.– Məhərrəm əmi, siz bizim Qala bağlarını görməmisiniz. Atamgil də bağdadır. İstidə naxoşlayarsınız. Gəlin sizi aparım bağa.
Poems by other poets · Nature and spring
بس که ز جانان به من رنج دل و جان رسید
Çanaqçı mülkündən səfər elədikÇanaqçı mülkündən səfər elədik,Mənə qənim oldu yollar, ağlaram.
بیدل و دلدار نتوانم نشستبیجمال یار نتوانم نشست
Bilməyib bu gecə bir fikri-məhal eyləmişəmBilməyib bu gecə bir fikri-məhal eyləmişəm,Arizuyi-hərəmi-bəzmi-vüsal eyləmişəm.