Oyunçu bağalar
Page 4 of 4 · 75%
Pərdə açıldı. Birinci hissədə şagirdlər şərqi söylədilər, oyun havaları çalıb şerlər oxudular, idman nümunələri göstərdilər. İkinci hissə başlandığı zaman hamının gözü səhnədə qalmışdı. Tamaşaçılar əl çalaraq, “Bağalar gəlsin, bağalar!” – deyə bağırırdılar. Oyun çalğı ilə başlandı. Cürbəcür havalar çalındı. Sonra Qanbay əlində kamança səhnəyə çıxdı. Sürəkli alqışlar salonu bürüdü. O, stula oturub, kamançasını çalmağa başlarkən, bağalar səhnəyə girib, ayaq üstündə qarşı-qarşıya oynamağa başladılar. Salonu səs bürüdü. Hamı gülür, əl çalır, bağalar isə oynamaqda davam edirdi.
Qanbay havanı dəyişdi. Bağalar da tez oyunu dəyişdilər. Tamaşaçılar heyrətdə qalmışdı. Bir az sonra kamança susdu. Oyun bitdi. Qanbay bağalarını da götürüb səhnədən çıxdı. Sürəkli alqışlar davam edir, tamaşaçılar əl çalırdı. Qanbay, bağaları yenidən səhnəyə çağırırdı. Salonu səs-küy bürümüşdü. Hamı Qanbayın oyunçu bağalarını bir də görmək istəyirdi. Bu dəfə Qanbay ilə məktəb müdiri də səhnəyə gəldi. O, tamaşaçıları zor-güc sakit elədi. Sonra sözə başladı:
– Yoldaşlar, tamaşasından doymadığınız bu oyunçu bağalar son sinif şagirdlərimizdən Qanbay Dursunzadənindir. Bu istedadlı kiçik müəllim heyvanları sevən, onların yaşayışını öyrənmək istəyən səbirli, dəyanətli, çalışqan bir uşaqdır. Onu sizə çox tərifləməyəcəyəm. Hər müəllimin hünərini onun şagirdlərindən bilmək olar. Oyunçu bağalar Qanbayın necə müəllim olduğunu sizə bildirdi. O bu işin ardınca gedib heyvanat müəllimi olmaq istəyir. Onun bu fikrini ürəkdən alqışlayaraq, bu yolda ona kömək etməyi vəd edirik. Bir gün eşidəcəksiniz ki, şəhərimizə böyük bir sirk gəlmişdir. Bir-birinizdən soruşacaqsınız: “Bu sirkin ən məşhur təlimçisi kimdir?” Qəzetlərdə elan oxumuş yoldaşlarınız sizə deyəcək: “Qanbaydır, oyunçu bağaların təlimçisi”. Sirkə dolacaqsınız. Qanbayın əsil hünərini siz o zaman görəcəksiniz. İndi isə mükafat olaraq təbiət kabinəsi bu üç kitabı ona bağışlayır. Sizin hər birinizi də Qanbay kimi böyük bir hünər və sənət sahibi görmək istəyirəm.
Bu sözləri deyib müdir kitabları Qanbaya verdi. Salon onu alqışlarkən baş əyib, müdirlə bərabər səhnədən çıxdı. Tamaşaçılar əl çəkmir, Qanbay ilə bağaları yenidən səhnəyə çağırırdılar. Salonu gurultu bürümüşdü. Qanbay bağaları ilə yenidən səhnəyə gəldi. Bağaları səhnəyə buraxıb kamançasını çaldı. Bağalar əvvəlkindən daha həvəslə oynamağa başladı. Uşaqlar əl çalır, sevincdən sıçrayıb bağırırdılar.
Kamança susdu, bağalar durdu. Qanbay gurultu və alqışlar içərisində tamaşaçılara baş əydi. Birdən birə orkestr çalmağa başladı. Uşaqlardan biri çığırdı:
– Bağaların havasını çal!
Orkestr bağaların bildiyi havalardan birini çaldı. Bağalar əvvəlcə hürküb, bir-iki saniyə durub dinlədi. Sonra birdən-birə ayaq üstə qalxıb, o havanı şirin-şirin oynamağa başladılar. Salon yenidən canlandı, tamaşaçılarda gülməkdən can qalmadı.
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-oyuncu-bagalar
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Həsrət qalıb doğma yurdun nazlı müşfiq qucağına,Gözlər yaşlı, boyun bükük, vətənsizmi öləcəyəm?
VarYenə gözüm düşdü bir mah cəmalə,Ağ üzündə qara müşki xalı var,
Elm tərifində deyilibdirMÜXƏMMƏS**Aç qulağını bir eşit bu sözlərin ey bül füzul,
Genə bicarə könül düşdü bir əyyar əlinəGenə bicarə konul duşdu bir əyyar əlinə,Rəhmi yox, mohnəti cox, şuxi-sitəmkar əlinə.