Oldu bir yolda tülkü qurda düçar,Hara? – sordu, – gedirsən, ey sərdar?Dedi qurd:– Ey iki gözüm, ciyərim,Gedirəm hər yerə düşə güzərim.Zülmdən qurtarıb olam rahət,Yaxdı, yandırdı canımı zillət.Hər zaman ki, məni görür insan,Öldürür, rəhm etməyir bir an.Dedi tülkü: – De bir mənə işini,Aparırsanmı o tamah dişini?– Harda olsam gərək olur bu dişim.Söylə, dişsiz mənim aşarmı işim?Dedi tülkü: – Əbəsdir, bu söhbət,Ey gözüm, çəkmə boş yerə zəhmət.Nə qədər ki, səninlədir bu dişin,Keçəcək hər məkanda böylə işin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets