Gördüm o ruyi-ənvərini mən əbəs-əbəs,Çapdım könül səməndərini mən əbəs-əbəs.

Saldım o şəmi-ruyinə pərvanə könlümü,Gördükdə arizi-tərini mən əbəs-əbəs.

Məcnun kimi məqam elədim kuhü dəştdə,Bildikdə eşq məzhərini mən əbəs-əbəs.

Atdım qəbanı, səbheyi-səddanəni tamam,Tutdum o xali-əsmərini mən əbəs-əbəs.

Təlx oldu zəhr tək mənə aləmdə şəhdü şir,Daddım o ləl ləblərini mən əbəs-əbəs.

Qıldım bu qəmli könlümü tel-tel, nişan-nişan,Gördüm o qara tellərini mən əbəs-əbəs.

Saldım ayağa göz yaşı tək seyri-gülşəni,Dərdikdə qəmzə güllərini mən əbəs-əbəs.

Can verdim ol vüsalına min şövq ilə, fəqət,Bir dərmədim səfa bərini mən əbəs-əbəs.

Maqta — the closing couplet bearing the poet’s pen name. Oldum vüsali-ruyinə Şaiq, bu başımaQoydum cünunluq əfsərini mən əbəs-əbəs.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation