Gözümdən dəmbədəm axan qəmindən su degil, qandır,Ləbin qəndindən, ey can, gəl susamış canımı qandır.

Vücudum şəhrini qıldı müsəxxər ləmyəzəl eşqin,Bu şəhristanda eşq olsun məlik daim ki, xaqandır.

Qaşınla kirpigin vəhyi mana gəldivü bildirdiKi, sənsən ərş ilə kürsü, üzün yazısı Qur’andır.

Gəl, ey hurisifət dilbər ki, qəmdən bağrımın içiSəba ol qönçəyə bənzər kim, ağzı dopdulu qandır.

Ənəllahın odundan kim, yanağın şəm’i yandırdı,Ləbi-lə’lindən afaqı həyatın abına qandır.

Rüxün şəm’i fəraqından könül pərvanətək yandı,Ulaşdır vəslə hicranı, həsudun bağrını yandır.

Sana huri əgər bir gəz qılırsa hüsnünü ərzə,Rüxün bədrin əyan eylə, üzündən anı utandır.

Camalın vəslinə canım susadı, yürəgim yandı,Könül hicrindən usandı, məni hicrindən usandır.

Xəyalın gərçi şad eylər məni hər gah, gah amma,Fəraqın qüssəsin gör kim, necə bihəddü payandır.

Fərağından axan yaşım məni qərq eylədi suya,Gözümdən yaşımı gör kim, nə seyl axır, nə tufandır.

Maqta — the closing couplet bearing the poet’s pen name. Nəsimidən cüda yarı qılan həqdən cüda olsunKi, yarından cüda yarı qılan bidinü imandır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love