Gördüm camalın şəmini rövşən, məhi-taban budur
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Gördüm camalın şəm’ini rövşən, məhi-taban budur,Hüsnün təaləllah dedim, həqdən gələn bürhan budur.
Xızrın həyatı gör necə zülmətdə zahir oldu kim,Kövsər ləbindir aşiqə, can ilə həm canan budur.
Səcdə edər şəmsü qəmər, Zöhrəvü Mahü Müştəri,Hüsni-camalın görməgə, hurü mələk, insan budur.
Aşiqlərin rizvanı çün hüsni-rüxündür, ey sənəm,Ol aşiqi görmə əcəb kim, rövzeyi-rizvan budur.
Zərq əhlidir, yarəb, şəqi kim, tutmamış həq sözünü,Qılmadı səcdə adəmə, gör kim, bu gün şeytan budur.
Səb’ülməsanidir üzün, inna fətəhnadır xətin,Əlhəmdülillah, dür dişin, gör mə’dəni-hər kan budur.
Gülbərgi əkdim zülfünə, dağıldı üzün üstünə,Gül bərgidir bu yasəmən, xalın güli-reyhan, budur.
Maqta — the closing couplet bearing the poet’s pen name. Qıldı Nəsimi qibləsin şol qaşları mehrabına,Qövli-Nəsimidir yəqin, ol həq deyən fərman budur.
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-gordum-camalin-semini-rovsen-mehi-taban-budur
Use ← → keys to move, R for a random poem
More by this author
Gərçi fəraqə düşmüşəm, eyni-vüsal içindəyəm,Gəl nəzər eylə halıma gör ki, nə hal içindəyəm.
Gətir, gətir, gətir ol kaseyi rəvanpərvərGetir, gətir, gətir ol kaseyi rəvanpərvər,Götür, götür, götür ol çəngi, bir nəva göstər.
Görün ki, bəhri-məani nə qəsdi-can eylərGörün ki, bəhri-məani nə qəsdi-can eylər,Sifati-surəti-rəhmani xoş bəyan eylər.
Gözümdən dəmbədəm axan qəmindən su degil, qandırGözümdən dəmbədəm axan qəmindən su degil, qandır,Ləbin qəndindən, ey can, gəl susamış canımı qandır.
Poems by other poets · Love
Kim verdi dünən bəzminizə bağdə zivər,Hansı qədi ərər?
Xədəngi-tiri-müjganın əsər qılmış dilü canəXədəngi-tiri-müjganın əsər qılmış dilü canə,Şikənci-türreyi-zülfün salıbdır rəxnə imanə.
Nə dediDilqəm*Qasidi-bizəval, ərzi-halımı,
AzərbaycanMən könlümü təzəcə eşqə düşənlər kimiPıçıldamaq istərəm – eşidilməsin səsim.