Görün ki, bəhri-məani nə qəsdi-can eylər
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Görün ki, bəhri-məani nə qəsdi-can eylər,Sifati-surəti-rəhmani xoş bəyan eylər.
Qaşın, gözün nəzəri, bil yəqin ki, həqdəndir,Həqin nəzərgəhi bilgil nə tərcüman eylər.
Təriqət ər dilər isən həqiqətə başla,Həqə könül vericək eşq ona nişan eylər.
Bu gənci-vəhdətə gir gör sifati-ləmyəzəliKi, kafü nuna irişən özün əyan eylər.
Əyan gözün aça gör, yarı bigüman görgil,Ki, yarı görücügəz çox səna bəyan eylər.
Hədisi-eşqü məhəbbət vücud içində gəlirKi, nunü vəl-qələmin sirrini əyan eylər.
Maqta — the closing couplet bearing the poet’s pen name. Gəl, ey Nəsimiyi-sərgəştə, canı tərk eyləKi, can qəfəsdən uçar, əzmi-cavidan eylər.
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-gorun-ki-behri-meani-ne-qesdi-can-eyler
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Başına döndüyüm, ay Əziz əmi,Getdi, bəs alşanım niyə gəlmədi?
Əlif-lam“Əlif”dən sürahi alagöz yarım,“Ba” babi cahanda qılmana bənzər.
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Taprmışam könlümü mən, türreyi-cananda imişTaprmışam könlümü mən, türreyi-cananda imiş,Ah, cəmiyyəti-dil zülfü-pərişanda imiş.