Gərçi fəraqə düşmüşəm, eyni-vüsal içindəyəm,Gəl nəzər eylə halıma gör ki, nə hal içindəyəm.

Vəsli-rüxün zülalına susadım, üştə yanıram,Gözümə baxü gör necə abi-zülal içindəyəm.

Nəqşi-xəyali-surətin sanma ki, məndən ayrıdır,Çün bu xəyalü nəqş ilə nəqşü xəyal içindəyəm.

Xürrəm edər ümid ilə vəsli-rüxün məni, vəliVəsl irişincə canıma, hüznü məlal içindəyəm.

Zülf ilə qaşü kirpigin əbcədi-cimü dal imiş,Mən bu hüruf şəkliçün cim ilə dal içindəyəm.

Talevü bəxt yıldızım kövkəbi-nəhsə uğradı,Ey şərəfim, səadətim, gəl ki, vəbal içindəyəm.

Vəslinə irmək istərəm gərçi ki, eyniyəm anın,Məndən anı kim ayıra, fikri-məhal içindəyəm.

Sən mənim olduğun, şəha, düşmənə zahir olmamış,Münkir ilə bu mə’nidən qiyl ilə qal içindəyəm.

Maqta — the closing couplet bearing the poet’s pen name. Surətü qaşü alnına verdi Nəsimi könlünü,Mən bu səbəbdən, ey günəş, bədrü hilal içindəyəm

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation