Gəlgil ki, səndən ayru müştaqə can gərəkməz,Müştaqə sənsiz, ey can, iki cahan gərəkməz.

Gülzarə, sərvə könlüm meyl eyləməz anunçün,Qəddindən özgə, ey can, sərvi-cinan gərəkməz.

Şol binişani buldum, anın nişanı oldum,Üzün görənə ayruq namü nişan gərəkməz.

Gördüm səni gümansız hər dilbərin üzündə,Həqqül-yəqin görənə zənnü güman gərəkməz.

Çün vasil oldun, ey can, bizimləsən cahanda,Olduq vüsalə qane, kövnü məkan gərəkməz.

Mişkin saçına çün kim, verdim iki cahanı,Assiyə uğrayana qılca ziyan gərəkməz.

Qaşınla kirpiyin çün seyd eylədi cahanı,Səyyad olana ayruq tirü kəman gərəkməz.

Maqta — the closing couplet bearing the poet’s pen name. Şirin ləbin meyindən çün əsridi Nəsimi,Faş oldu sirri-pünhan, şərhü bəyan gərəkməz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love