Gəlgil ki, qapdı şövqi-cəmalın qərarımı
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Gəlgil ki, qapdı şövqi-cəmalın qərarımı,Zar eylədi fəraqi-rüxün laləzarımı.
Yarəb, zəmanə həqqinə mən neylədim kim, olMəndən cəfavü cövr ilə ayırdı yarımı?
Yaxdı fəraqın, ey güli-xəndan, məni oda,Gəlgil, söndür abi-vüsalinlə narımı.
Vəslin şikarım olmuş ikən bəxti-sə’dilən,Qaçırdı hasidin gözü məndən şikarimi.
Nəqşü nigarı gör fələkin kim, nə nəqş iləNəqş eylədivü qapdı əlimdən nigarımı.
Mənsuri-eşqə axirətin darı oldu dar,Ol dara gəl ki, ta görəsən anda darımı.
Düşdüm ləbi vüsali-meyindən xümarına,Gəlgil həm ol şərab ilə dəf et xümarımı.
Şövqün qışından ağlayıcı küz tökər yaşın,Vəslin gününə döndərü güldür baharımı.
Ey latə tapıcı, səni eyb etməzəm, nədən,Kim, görməmişsən ol sənəmi-gülüzarimi.
Sən yarı qılmışam iki aləmdə ixtiyar,Məndən kim ayruq ala bilir ixtiyarımı.
Maqta — the closing couplet bearing the poet’s pen name. Xalü xətin şümarını gəl sor Nəsimiyə,Ta sən hesabını biləsən, mən şümarımı.
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-gelgil-ki-qapdi-sovqi-cemalin-qerarimi
Use ← → keys to move, R for a random poem
More by this author
Susadı könlüm nigarın lə’li-ruhəfzasinə,Talibi-şövqəm həbibin surəti-zibasinə.
Şərbətin acı firqətin nuş edərəm şəkər kimiŞərbətin acı firqətin nuş edərəm şəkər kimi,Canımı dutmuşam qəmin qarşısına sipər kimi.
Şol ləbi şirinə, yarəb, gər şəkər dersəm, nola?Şol ləbi şirinə, yarəb, gər şəkər dersəm, nola?Şol günəş təl’ətli ayə gər qəmər dersəm, nola?
Şol tamam ayın üzündən çünki rəf oldu niqabSince from yonder lunar Visage now the veil is cast aside,Lo! the glorious sun is risen and of gloom is past the tide.
Poems by other poets · Love
Başına döndüyüm xubların şahı,Bir di görüm indi kimə yar oldun,
BənzərsənGözəl adəm, hansı pərdən gəlirsən,Mən ha bilim, sən cananə bənzərsən
Çığalı müxəmməsƏğyarı gəl ey dost, kənar et səni Tarı,Bir rəsmi-pəsəndidə şiar et səni Tarı,
Məni hər kim ki, sevir, gəl ona divanə demə!Məni hər kim ki, sevir, gəl ona divanə demə!Aşina bildiyin öz dostuna biganə demə!