Yağ, ey yağış, yağ!Sulansın çöl, bağ.Susuzdur tarla,İnəyini sağ!

Gurla, ildırım,Gurum ha gurum!Sən çığır, bağır,Mən şənlik qurum.

Oyna, ey şimşək,Şütü ilan tək.Bağ, tarla, bostanSu içsin gərək!

Coşsun çay, bulaq,Şənlənsin ocaq.Bol olsun məhsul,Yumşalsın torpaq.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring