Zamanın inqilabçılarına
Hardasız, ey vətən qayıqçıları?Qaldı dərya üzündə yelkəniniz.Susdunuz, yox səda və şivəniniz?Ey elin şanlı hayqırıqçıları!
Qəlbinizdə tükəndimi cürət?Fırtına, dalğa, çənmi yollarınız?Yoxsa gücdənmi qaldı qollarınız?Yox, sönənməz o əzm, o qüvvət!Əldə etmək üçün böyük əməli,Qorxmayın, cürət ilə qalxışınız!Fırtına, dalğalarla çarpışınız!İrəli, qəhrəmanlarım, irəli!
Şəfəq atdıqda, ya daha erkən,İnanın, sahilə dəmir atarıq.Bu qaranlıq dumanları udarıq!Sizi alqışlayar sevimli vətən!
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-zamanin-inqilabcilarina
Use ← → keys to move, R for a random poem
More by this author
Səhnə Azərbaycan kəndlərinin birində əkinçi Rüstəmin evini təsvir edir. Gülsənəm,*qızı Fatıya cehiz hazırlayır. Sadə, fəqiranə döşənmiş bir otaqda iməci qadınlar oturub*
İkinci pərdəRüstəm qapı ağzında bir kötük üzərində oturub çubuq çəkir, anası Qəmər*bir tərəfdə palaz salıb cəhrə əyirir. Gülsənəm, əlində matraq,*
Tıq-tıq xanımGəlin, sözə uşaqlar,söyləyim bir hekayət:
Tülkü həccə gedirITülkü qocalmış idi,
Poems by other poets · Homeland
Səhralarda seyr eləyən xan oğlu,Bir xəbər ver görüm handan gəlirsən?
Çəkə bilməzİstəyirəm qaçam diyarbadiyar,Könül vətənindən əl çəkə bilməz.
Fərzəndani-şəbüstərYemiyək, içmiyək, boş sözlər danışmayaq,Möhtac olluq düşmənə biz egər çalışmayaq.
Müznib əfəndiTəng etmə bizə bu yekə dünyanı, a Müznib!Əl çək, mən ölüm, at bu təmənnanı, a Müznib!