Qış gecəsi
Zülmət bürümüş göyü... uğursuzGöylərdə görünməyir bir ulduz.Çılğın kimi ruzigar uğuldar,Qar parçaların səmayə fırlar.Damda, bacada həzin gurultu,Səhraları inlədir uğultu,Qurd-quş dəxi girmiş aşiyanə,Çökmüşdür həzin sükut cahanə.Bir yanda nə kölgə var, nə bir kəs,Bir daxmada nə işıq, nə bir səs.Dağ, çöl, dərə, bağ və tarla qardanÖz üstünə örtmüş idi yorğan.Kəndin qırağında tək və alçaqBir evdə sönük işıq var ancaq.Xəstə uşağına qəmli madər,Həsrətlə içində layla söylər.Ağlar beşiyində tifli-nalan,İnlər boğunuq səs ilə hər an.Dərd ilə ümid içində madərŞam tək bu beşik başında titrər...Qızdırma içində xəstə yuxlar,İnlər, həm ara-sıra sayıqlar.Duyduqca bunu zavallı madər,Ağlar, uşağa baxar mükəddər.Gəhvarəyə söykənib kədərləYuxlar qarışıq düşüncələrlə.Röyada fəlakət içrə gördü,Xəstə üzərində bir ağ örtü.Yummuş gözünü bu kainata,Etmiş acı bir vida həyata...Evdə həyəcan, böyük təlaş var,Durmuş o başı ucunda ağlar.Batmışdı tərə o xab içində,Birdən durub iztirab içində:“Oğlum!” – deyə səslənir yerindən.Gördükdə yatır o xəstə, birdənGöz yaşlarını silib çəkir ah:“Bu körpəmə sən şəfa ver, Allah!”
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-qis-gecesi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Səyyah idim, dolanırdım dünyanı,Mürği-ruhum etdi cövlan Qazağa.
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
Gəl, ey Misri-dilim dilbərGəl, ey Misri-dilim dilbər,Əzizi canımın, cananı dilbər.
HəcvNəsli-Hacı Çələbinin nəvəsi İsa bəy,Həsən əfəndinin oğlu İsa bəy erkək eşşək