Molla əmi, gecənin bu vaxtındaNə əcəb bizləri yad eyləmisən.Kitabın, dəftərin, qələmin hazır,Nə yaxşı bəndəni ad eyləmisən.

Məzlum durub nə çəkirsən ahu-zar,Hələ ölməmisən itib sanalar.Yaxşı şeydi, olsa abır-həyalar,Zəhmətin əbəsdən bad eyləmisən.

Müftə yığıb, müftə yeyib yatansan,Sən igidi bir beçəyə satansan.Nəzir verrəm əməlindən utansan,Demə, Məmmədhüseyni şad eyləmisən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets