A sevdiyim, aç bir niqab üzündən,Məcnun tək Leylaları divanə qıl!Xosrovlar bəzmində Şirin sözündən,Şuriş sal tazə bir əfsanə qıl!

A hürriyyət! A münfərid əməlim!İştə sənsən səadəti bəşərin.Könlümdəki ən istəkli gözəlim,Rəfahəti, fəlahəti bəşərin.

A sevdiyim, neçün fərar edirsən?Üz döndərmə, getmə, şitab eyləmə!Könülləri çox biqərar edirsən.Aç bir üzün, göstər hicab eyləmə!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets