آینایا باخاندا گؤردوم، ساققالیما دن دوشوبدیمن کی چوخ قوجالمامیشام، بیلمیرم ندن دوشوبدی

Aynaya baxanda gördüm, saqqalıma dən düşübdüMən ki çox qocalmamışam, bilmirəm nədən düşübdü

هنر اولسا روح جواندیر، هله–هله دوشگون اولمازاونداکی گؤردون دوشوبسه‌ن، بو نفیر بدن دوشوبدی

Hünər olsa ruh cavandır, hələ-hələ düşkün olmazOndakı gördün düşübsən, bu nəfir bədən düşübdü

اورایا کی سن گئدیرسن، قویولار آچیبدی آغزینشیطانین توری یاماندیر، هر گلیب گئدن دوشوبدی

Oraya ki sən gedirsən, quyular açıbdı ağzınŞeytanın toru yamandır, hər gəlib gedən düşübdü

نه قدیر باشین سلامت، ال– آیاقدا باشسیز اولمازآیاغا دمیر دوشه‌نده، باشووا چدن دوشوبدی

Nə qədər başın salamat, əl-ayaqda başsız olmazAyağa dəmir düşəndə, başıva çuğun düşübdü

قویودان که خلقه قازدین، چیخا بیلمه سن سلامتآدام اینجیدن بلایه، آدام اینجیدن دوشوبدی

Quyudan ki xalqa qazdın, çıxa bilməyəsən salamatAdam incidən bəlaya, adam incidən düşübdü

چابالیر اورک سینه‌مده، باشی کسیلمیش تویوق تکپیلله نی چیخاندا گؤردوم، سینه نفه دن دوشوبدی

Çabalır ürək sinəmdə, başı kəsilmiş toyuq təkPilləni çıxanda gördüm, sinə nəfəsdən düşübdü

سئرچه دن سیچاندان آرتیق، توری بیز قوراندا دوشمزآمما شئر تورون قوراندا، فیل یا کرگدن دوشوبدی

Sərçədən siçandan artıq, toru biz quranda düşməzAmma şir torun quranda, fil ya kərgədan düşübdü

« شهریار » عدندن آیری، مرواری یئتیم قالاندایمن جنوبی دن ده، باخاسان عدن دوشوبدی

«Şəhriyar» Ədəndən ayrı, mirvari yetim qalandaYəmən cənubidən də, baxasan Ədən düşübdü

OriginalGanjoor (opens in a new tab)

NoteLatin-script text made for this site from the Arabic-script original as given here (Ganjoor), line by line, in modern Azerbaijani spelling; Tabriz dialect forms are kept. No printed Latin edition of this redaction was found (the texts on shahriyar.az differ). Not proofread against a print.

Suggest a translation

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets