ایذن وئر توی گئجه‌سی من ده سنه دایه‌گلیمال قاتاندا سنه مشّاطه تماشایا گلیم.

İzn ver toy gecəsi mən də sənə dayə gəlimƏl qatanda sənə məşşatə, tamaşaya gəlim.

سن بو آیلی گئجه‌ده سئیره چیخان بیر سرو اول.ایذن وئر من‌ده دالینجا سورونوب سایه گلیم.

Sən bu aylı gecədə seyrə çıxan bir sərv ol.İzn ver mən də dalınca sürünüb sayə gəlim.

منه ده باخدین او شهلا گؤزوله ، من قارا گون،جورئتیم اولمادی بیر کلمه تمنّایه‌ گلیم.

Mənə də baxdın o şəhla gözülə, mən qara günCürətim olmadı bir kəlmə təmənnaya gəlim.

من جهنم‌ده ده باش یاسدیقا قویسام سنیله ،هئچ آییلمام کی دوروب جنّت مأوایا گلیم.

Mən cəhənnəmdə də baş yastığa qoysam səninlə,Heç ayılmam ki durub cənnətül-məvaya gəlim.

ننه قارنیندا سنله ائگیز اولسایدیم اگر.ایسته‌‌مزدیم دوغولوب بیرده بو دونیایا گلیم.

Nənə qarnında səninlə əkiz olsaydım əgər.İstəməzdim doğulub bir də bu dünyaya gəlim.

سن یاتیب جنتّی رؤیادا گؤرنده گئجه‌لر،من ده جنتّده قوش اوللام ، کی او رؤیایا گلیم.

Sən yatıb cənnəti röyada görəndə gecələr,Mən də cənnətdə quş olam, ki o röyaya gəlim.

قیتیلیغ‌ ایللر یاغیشی تک قورویوب گؤز یاشیمیز،کوی عشقینده گرک بیرده مصّلایه گلیم.

Qıtlıq illər yağışı tək quruyub göz yaşımız,Kuy eşqində gərək bir də müsəllaya gəlim.

سنده صحرایه ماراللار کیمی بیر چیخ نولوکیمنده بیر صئیده چیخانلار کیمی صحرایه گلیم.

Sən də səhraya marallar kimi bir çıx, nolu kiMən də bir seydə çıxanlar kimi səhraya gəlim.

آللاهیندان سن اگر قورخماییب اولسان ترسا،قورخورام منده دؤنوب دین مسیحایه گلیم.

Allahından sən əgər qorxmayıb olsan tərsa,Qorxuram mən də dönüb dini-Məsihayə gəlim.

شیخ صنعان کیمی دونقوز اوتاریب ایللرجه،سنی بیر گؤرمک اوچون معبد ترسایه گلیم.

Şeyx Sənan kimi donuz otarıb illərcə,Səni bir görmək üçün məbədi-tərsayə gəlim.

یوخ صنم ! آنلامادیم ، آنلامادیم ، حاشا من ،بوراخیب مسجدیمی ، سنله کلیسایه گلیم!

Yox, sənəm! Anlamadım, anlamadım, haşa mən,Buraxıb məscidimi, səninlə kilsəyə gəlim!

گل چیخاق طور تجلاّیه ، سن اول جلوه‌ای طور،من‌ ده موسا کیمی اول طوره تجلاّیه گلیم.

Gəl çıxaq Tur təcəlləyə, sən ol cilvəyi-Tur,Mən də Musa kimi ol Tura təcəlləyə gəlim.

شیردیر شهریارین شعری الینده شمشیر،کیم ، دئیر من بئله‌ بیر شیریله دعوایه‌ گلیم ؟

Şirdir Şəhriyarın şeiri, əlində şəmşir,Kim deyir, mən belə bir şirlə davaya gəlim?

۱۳۵۳

1353

OriginalGanjoor (opens in a new tab)

NoteLatin-script text made for this site from the Arabic-script original as given here (Ganjoor), line by line, in modern Azerbaijani spelling; Tabriz dialect forms are kept. No printed Latin edition of this redaction was found (the texts on shahriyar.az differ). Not proofread against a print.

Suggest a translation

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets