صبح اولدی هر طرفدن اوجالدی اذان سسی!گویا گلیر ملائکه لردن قرآن سسی!!!

Sübh oldu, hər tərəfdən ucaldı azan səsi!Guya gəlir mələklərdən Quran səsi!!!

بیر سس تاپانمیرام اونا بنزه ر، قویون دئییم:بنزه ر بونا اگر ائشیدیلسیدی جان سسی !!!

Bir səs tapammıram ona bənzər, qoyun deyim:Bənzər buna əgər eşidilsəydi can səsi!!!

سانکی اوشاقلیقیم کیمی ننیمده یاتمیشام ...!لای لای دئییر منه آنامین مهربان سسی !

Sanki uşaqlığım kimi nənəmdə yatmışam...!Lay-lay deyir mənə anamın mehriban səsi!

سانکی سفرده یم اویادیرلار کی دور چاتاخ!زنگ شتر چالیر ، کئچه رک کاروان سسی!!!

Sanki səfərdəyəm, oyadırlar ki, dur çatax!Zəngi-şütur çalır, keçərək karvan səsi!!!

سانکی چوبان یاییب قوزونی داغدا نی چالیر !رؤیا دوغور قوزی قولاغیندا چوبان سسی !!!

Sanki çoban yayıb quzunu dağda ney çalır!Röya doğur quzu qulağında çoban səsi!!!

جسمیم قوجالسادا هله عشقیم قوجالمیوبجینگیلده ییر هله قولاغیمدا جوان سسی !

Cismim qocalsa da, hələ eşqim qocalmayıbCingildəyir hələ qulağımda cavan səsi!

سانکی زمان گوله شدی منی گوپسدی یئرهشعریم یازیم اولوب ییخیلان پهلوان سسی !!!

Sanki zaman güləşdi, məni göpsədi yerəŞeirim yazım olub yıxılan pəhləvan səsi!!!

آخیر زماندی بیر قولاق آس عرشی تیتره دیر ...ملت لرین هارای ، مددی ، الامان سسی !!!

Axır zamandı, bir qulaq as, ərşi titrədir...Millətlərin harayı, mədədi, əl-aman səsi!!!

انسان خزانی دیر تؤکولور جان خزه ل کیمیسازتک خزه ل یاغاندا سیزیلدار خزان سسی !!!

İnsan xəzanıdır, tökülür can xəzəl kimiSaz tək xəzəl yağanda sızıldar xəzan səsi!!!

قیرخ ایلدی دوستاغام قالا بیلمز او یاغلی سس ...یاغ سیز سادا قبول ائله مندن یاوان سسی !

Qırx ildi dustağam, qala bilməz o yağlı səs...Yağsız sada qəbul elə məndən yavan səsi!

من ده سسیم اوجالسا گرک دیر ،یامان دئییم ...ملت آجیخلی دی اوجالیبدی یامان سسی !!!

Mən də səsim ucalsa gərəkdir, yaman deyim...Millət acıqlıdı, ucalıbdı yaman səsi!!!

دولدور نواره قوی قالا ، بیر گون ، بو کؤرپه لرآلقیشلاسینلا ذوق ایله بیزده ن قالان سسی !

Doldur nəvarə, qoy qala, bir gün, bu körpələrAlqışlasınlar zövq ilə bizdən qalan səsi!

مقناطیس اولسا سسده چکر ، انقلابدا باخ !آزادلیق آلدی سرداریمین قهرمان سسی !

Maqnit olsa səsdə çəkər, inqilabda bax!Azadlıq aldı sərdarımın qəhrəman səsi!

انسان قوجالمیش اولسا ،قولاخلار آغیرلاشارسانکی یازیق قولاخدا ،گورولدور زمان سسی !

İnsan qocalmış olsa, qulaqlar ağırlaşarSanki yazıq qulaqda gurultudur zaman səsi!

با خ بیر درین سکوته سحر ، هانسی بیر نوارضبط ایلیه بیلر بئله بیر جاودان سسی ؟

Bax bir dərin sükuta səhər, hansı bir nəvarZəbt eləyə bilər belə bir cavidan səsi?

سانجیر منی بو فیشقا چالانلاردا شهریار !!!من نیله ییم کی فیشقایا بنزه ر ایلان سسی ؟!!!

Sancır məni bu fışqa çalanlarda, Şəhriyar!!!Mən neyləyim ki, fışqaya bənzər ilan səsi?!!!

OriginalGanjoor (opens in a new tab)

NoteLatin-script text made for this site from the Arabic-script original as given here (Ganjoor), line by line, in modern Azerbaijani spelling; Tabriz dialect forms are kept. No printed Latin edition of this redaction was found (the texts on shahriyar.az differ). Not proofread against a print.

Suggest a translation

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets