Dördüncü hissə, 37. Sevinc
Zarafat etməyinə edirdim, amma üzü dönəndə, nəfəs çəkməyə qorxurdum. Qorxmaqdan çox çəkinirdim. Sifətində bir ifadə vardı, o, peyda oldusa, üzünü görmə. Hər dəfə o əhvalda evə gələndə Aqşin pıçıldayırdı: “Kazarma rejimi başladı!”
Nihad özünü şirin satırdı. Onu lap çox istəyirdi. Baxırdı, deyirdi, Sevinc, balaca mənə oxşayıb, rahat uşaqdı, amma bu böyük var ha, səni incidəcək. Bəlkə də incidir, demirsən.
Həqiqətən də incidirdi və mən bunu ona demirdim. Qorxurdum qırılsın övladından. Ona elə bir söz desin, o da qırılsın. Çox sərt xasiyyəti vardı. Gözündən düşdünsə, getdin!
Hərdən deyirdi, ə, professor, həmişə oxuyursan, yoxsa mən gələndən-gələnə kitaba baxırsan? Bu da deyirdi, yox, ata, həmişə oxuyuram. Nihad şahmatçıydı. Yaxşı da oynayırdı. Atası onun qələbələrinə çox sevinirdi. Həmişə zəng vurub təbrik edirdi.
Yatmışdıq. Gecə yarı həyəcan siqnalı verdilər. Yerindən güllə kimi atıldı, üç-dörd saniyəyə şaqqa-şaraqla geyinib-silahlandı. Qapıdan çıxanda sifətində elə bir ifadə vardı, görəndə canıma üşütmə düşdü. “Allah köməyin olsun” demək istədim, ancaq sözlər tilişkə kimi boğazıma keçdi. Uzun zaman həyəcanımın buzu ərimədi. Yerin içində oturalı qaldım.
Kitabxana.az · https://kitabxana.az/en/works/serif-agayar-komandir-dorduncu-hisse-37-sevinc
Use ← → keys to move, R for a random poem
More by this author
Əslində, əməliyyat sadə idi: Kəlbəcərin qızıl yataqlarını, Zod aşırımını müşahidə edib qayıdacaqdıq. Qızıl yataqları strateji əhəmiyyətli yer sayıldığı üçün biz ayda bir neçə dəfə bu əməliyyatı keçirirdik. Özüm əlavə tapşırıq götürdüm. Kəşfiyyat dəftərimdəki bütün qeydlərdə düşmən əsgərlərinin qızıl yataqlarına gəlmə vaxtı təxminən eyni idi. Onlar hər gün səhər saat 6-7 arası gəlirdilər. Müşahidəçilərin çoxu “Alabaş” avtobusları qarışıq salır, onları da qızıl mədənlərində işləyən fəhlələr hesab edirdilər. Mən avtobusu partlatmaq istəyirdim. Buna görə Kapitan Rəşidovdan briqadanın razılığını almasını xahiş etdim. Və təbii ki, özümüzlə götürməyə iki ədəd tank əleyhinə mina verəcəkdi.Razılıq əldə olundu və “dozor” nəfərlərindən biri kimi Ləzgini - bizim Əsgər Şabanovu seçdim. O, mənimlə kəşfiyyat qrupunun önündə gedəcəkdi.
Üçüncü hissə, 37. Kapitan RəşidovQızıl dağlarındakı əməliyyatın belə tez və bu qədər uğurlu alınacağını gözləmirdim. Kiçik leytenant Orucov yenə xarüqə yaratmışdı.Ermənilər hərbçilərin deyil, fəhlələri gətirən maşının minaya düşdüyü haqqında xəbər yaydılar. Özü də hadisə Kəlbəcər ərazisində deyil, Zod tərəfdə olubmuş. Yəni bizimkilər dövlət sərhədini pozaraq müharibədə guya iştirak etməyən Ermənistanın ərazisinə müdaxilə edib, dinc sakinləri öldürübmüşlər. Lakin biz kəşfiyyat məlumatlarına əsasən dəqiq bilirdik ki, fəhlələr ora saat 8-dən tez gəlmirlər. Hərbçilər onlardan əvvəl gəlib, yolu və qızıl mədənlərini qoruyan gözətçi məntəqələrini gecə növbəsindən təhvil alırlar.
Dördüncü hissə, 1. Kapitan RəşidovBölüyə gedəndə bütün hazırlıqlar görülmüşdü. Orucov seçdiyi uşaqların içərisində köhnələrdən Gizir Əsədov, Çavuş Rəfiyev, Çavuş Hüseynov və Əsgər Şabanov vardı. Məncə, qrup yaxşı seçilmişdi. Briqadanın kəşfiyyat xidmətinə tabe olan digər taqımlardan əsgər gətirməyə ehtiyac qalmırdı.Kəşfiyyat qrupunun uşaqları ilə əməliyyatı bir daha müzakirə edib, tapşırıqlarımı verdim. Axırda Karta Sabirdən Lev çayının sahilində qoyduğu səliqəsiz nöqtələrin mənasını soruşdum. Aydın bir cavab vermədi. Əvəzində xəritəni ən incə detallarınacan gözdən keçirən kəşfiyyatçılara baxıb güldü:
Dördüncü hissə, 2. Komandir“Cabir postu” haqqında Murovda kədərli bir əhvalat dolaşırdı. Deyilənə görə, Cabir adında komandir əsgərləriylə postdaymış. Əsgərlər çimmək üçün icazə istəyirlər, o da səhvən hamısını birdən yola salır. Komandirin tək qaldığını görən düşmən hücuma keçir. Cabir təkbaşına postu axıracan qoruyur, ağır yaralansa da, mövqeyini tərk etmir. Bizimkilər özlərini çatdırıb düşməni geri oturdanda Cabirin səngərdə həlak olduğunu görürlər.Hər dəfə o posta qalxanda Cabirin düşdüyü vəziyyəti düşünür, düşmənin hardan, necə gəldiyini xəyalımda canlandırır, özümü, əsgərlərimi qəhrəman komandirin yerinə qoymağa çalışırdım. Oxşar vəziyyətə düşsək, biz də axıracan vuruşardıqmı? Vuruşardıq. Buna əminəm.
Poems by other poets
Sərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi
Uzaq səfərlər kapitanıbaşdaşıda yazı*Bir başdaşıda bir yazı!
Ey sərvi-səhi, sən gələli seyr ilə bağəEy sərvi-səhi, sen gələli seyr ilə bağəSər çəkmədi ər-ər,
Feraqı qismət edib çərxi-kəcmdar mənəFeraqı qismət edib çərxi-kəcmdar mənə,Məhaldır ola mümkün vüsali-yar mənə.