Dördüncü hissə, 39. Xanı
Dörd sapyorumuzun gecə saatlarında Sarıcalının üstündə erməni pusqusuna düşüb həlak olması xəbərini səhəri gün eşitdim. Gecə həyəcan siqnalı verib bizi qaldırdılar, təmas xətti ilə üzbəüz döyüş mövqeyi seçib hardasa dörd-beş saat uzanılı qaldıq. Səs-səmir yox idi. Səhərə yaxın bölüyə qayıdanda gecə dörd şəhid verdiyimizi söylədilər. İlk ağlıma gələn komandir oldu. Onun öz övladlarını itirən qədər sarsılacağını bilirdim.
Əsgərləri övladlarından çox istəyirdi. Buna əmin idim. Bayramlarda bir həftə məzuniyyət götürür, üç gün keçməmiş geri qayıdırdı. Deyirdim, komandir, niyə belə tez gəldiniz? Deyirdi, uşaqları səngərdə qoyub evdə dincələ bilmirəm. Onun istirahət yeri səngərlər idi. Hərbi səhra paltarını heç vaxt əynindən çıxarmırdı.
Gecələr yatmırdı. Qapısına nə vaxt yaxınlaşsan, içəridən səslənirdi. Dəfələrlə hərbi hissənin ağlagəlməz yerlərində rastlaşmışdım onunla. İçimdə belə bir hiss vardı ki, eyni anda çoxlu yerdə mövcud olur. İstəyəndə gözə görünür, istəməyəndə yox. Adam onun yanında düşüncələrini də gizləyə bilmirdi. Onunla dürüst olmaqdan başqa yol yox idi.
Kazarmaya, bölüyə, səngərə elə gəlirdi, hiss eləmirdin. Birdən yanında peyda olurdu.
Əsgərlərə şəxsi cəzası: işğal olunmuş rayonların adını, işğal tarixini, coğrafi mövqeyini əzbərlədirdi.
Əsgərlərə şəxsi mükafatı: ad günündə saat bağışlayır, şəxsi heyətin gözü qarşısında təntənəylə təqdim edir, valideynləri ilə danışdırır, gəzməyə aparırdı.
Üç minə yaxın əsgərin, az qala, hamısını adbaad tanıyır, ad günlərini bilir, şəxsi problemləriylə maraqlanırdı.
Əsgərlərlə elə söhbət edirdi, ondan heç nə gizlətmirdilər. Həmişə gülə-gülə deyirdi ki, harda narahat əsgər var, yanıma göndərin, “format” eləyim. Doğrudan belə idi. Onun yanına qorxaq girən qəhrəman çıxırdı. Nəfəsi kimə dəyirdisə, cəsur döyüşçüyə çevrilirdi.
Günün istənilən saatı kimin hansı postda olduğunu əzbərdən bilirdi. Bir postdan qayğılı qalırdısa, gecə demir, gündüz demir, ora yollanır, əsgərləri danışdırır, ürək-dirək verir, bəzən zarafatlaşıb əhvalını yüksəldirdi.
Üç sualı vardı: ac deyilsən, yuxun gəlmir, üşümürsən?
Bizim kəşfiyyat bölüyünə tez-tez gəlirdi. Onun üçün samovar çayı dəmləyirdik. Arada deyirdi, Xanı, bir “Ana” segahı oxu. Sözünə bənd idim. Səsimi necə qaldırırdımsa, hamı yerində donub qalırdı. O da qüssələnir, gözlərini qıyıb uzaqdan boy göstərən dağlara baxırdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/serif-agayar-komandir-dorduncu-hisse-39-xani
Use ← → keys to move, R for a random poem
More by this author
Dördüncü rabitə əlaqəsi vaxtı Orucovu başa düşmədim. Dedi, Qamış yüksəkliyinə doğru dərənin içiylə gəlirik? Gündüz vaxtı, dərənin içiylə? Heç olmasa, nəzərə çarpmayan yerlərdən bir-bir, iki-iki keçmək olmaz? Sizi görərlər axı. Cavab qısa oldu:“Qələt eləyərlər!”
Dördüncü hissə, 14. KomandirÇəkib gətirdiyim video mənə görə adi kadrlar idi, ancaq bütün briqadada səs-küy saldı və dediyim kimi, qarşımdakı bütün sədləri aşırdı. Bir neçə ayın içində kiçik leytenantdan kapitan rütbəsinə yüksəldim, kəşfiyyat bölüyünün komandiri oldum. Üstəlik, “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edildim. Ən vacibi, “101”-də hamam tikdirə bildim. Təkcə bizim bölüyün uşaqları deyil, digər əsgərlər də çimməyə gəlirdilər. Heç kimə yox demirdik. Bircə şərtlə - hərə öz odununu gətirsin! Təmiz əsgər görəndə özümdən asılı olmadan xoşbəxt olurdum.Daha məni “Alay komandirinin oğlunu girov gətirən kəşfiyyatçı” kimi yox, “Ermənilərin “razvod”unu videoya çəkən zabit” kimi tanıyırdılar. Və bu söhbət girov söhbətindən çox yayılmışdı. Görünür, çəkiliş ilk hadisə olduğu üçün insanlarda daha böyük maraq yaratmışdı.
Dördüncü hissə, 15. Polkovnik NəbiyevKəşfiyyatçılarımızın çəkib gətirdiyi videomaterialın doğurduğu reaksiyanı görəndə Böyük Mərzə əməliyyatı vaxtı Kapitan Rəşidova dediyim sözləri xatırlatdım. Dedim, mən deyəndə ki, Orucovun qarşısını heç kim ala bilməyəcək, inanmırdın! Bu da sübut! Gec oldu-güc oldu! Rəşidov başını buladı:“Cənab polkovnik, adam dörd il kiçik leytenant rütbəsində taqım komandiri işlədi. Bu qədər də olmazdı axı!”
Dördüncü hissə, 16. KomandirDesəm, güləcəksiniz, məni evləndirmək istəyirdilər. Bibim qonşuluğunda bir qız gözaltı eləmişdi. İş o qədər ciddiləşdi ki, qızı görmək üçün Sumqayıta gedəsi oldum. Deyəsən, bir az da öz içimdə maraq vardı. Bakı Dövlət Universitetini bitirmişdi. Texnikumda dərs keçirdi. Qıza görə Sumqayıta tez-tez gələcəkdim. Atam gəlişimə həm sevinir, həm də dodaqaltı qımışırdı. Onlar məni evə bağlamağın ən yaxşı yolunu tapmışdılar.
Poems by other poets
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Bu dövranGəlin, dostlar, gəlin şadlıq eyləyək,Bu dövrandı, mən dediyim bu dövran!
QalmışamAy ariflər, nə bəlalı qul oldum,Gecə-gündüz ahu-zara qalmışam.
Dur uru, ey saqiyi-məhru bizəDur uru, ey saqiyi-məhru bizə,Sun bərü bir qaç qədəh vinu bizə.