Dördüncü hissə, 13. Kapitan Rəşidov
Dördüncü rabitə əlaqəsi vaxtı Orucovu başa düşmədim. Dedi, Qamış yüksəkliyinə doğru dərənin içiylə gəlirik? Gündüz vaxtı, dərənin içiylə? Heç olmasa, nəzərə çarpmayan yerlərdən bir-bir, iki-iki keçmək olmaz? Sizi görərlər axı. Cavab qısa oldu:
“Qələt eləyərlər!”
Və əlaqə kəsildi.
O, nəyə arxayın idi?
Durbini götürüb dərənin Kəlbəcər tərəfə aşan yerinə baxdım. Kəşfiyyatçıların silueti görünürdü.
Pulemyotçunu xəbərdar elədim:
“Güllə səsi eşidən kimi, nəfəs dərməyə imkan vermirsən! Qamış yüksəkliyindəki postu son patronacan atəşə tutursan. Həm də bir nöqtəni yox, səpələyərək. Hər tərəfini! Məqsəd kimisə vurmaq yox, başlarını çıxarıb atəş açmalarına mane olmaqdır. Dağınıq! Hər yana! Elə bil, xörəyə duz səpirsən!”
“Başa düşdüm, komandir!”
Piyadalara üzümü tutdum:
“Əmr verən kimi posta hücum edirik! Kim hansı cinahdan gedəcəyini bilirmi!”
“Bilirik!”
“Sual yoxdur?”
“Yoxdur!”
“Kəşfiyyatçılar dərəylə gəlir! Biz onları qorumalıyıq!”
Durbinlə baxırdım. Dəstənin qabağında gələn Orucov necə yorulmuşdusa, ləngər vura-vura yeriyirdi. Deyirdin, bu saat yıxılacaq. Onu görəndə gözlərim doldu. Dalınca gələnlərin vəziyyəti lap pis idi. Hətta heç bir maneə olmasa belə, gəlib yanımıza çatacaqlarına inanmırdım.
Qamış postunda sakitlik idi. Tezdən ölüvay bir əsgər çıxıb ora-bura boylanıb blindaja qayıtmışdı.
Bizimkilər gəlirdi.
Düşmən susurdu.
Bu gərgin dəqiqənin hər biri bir il kimi gəlirdi mənə. Aradan neçə il keçdi, bilmədim, bir də gördüm, Orucovu kəndirlə posta qaldırırıq.
Kitabxana.az · https://kitabxana.az/en/works/serif-agayar-komandir-dorduncu-hisse-13-kapitan-residov
Use ← → keys to move, R for a random poem
More by this author
“Bismillah” sözünə bu qədər həssas yanaşan adam ilk dəfə görürdüm. Hər namaz qılanda yanımda oturur, dediyim sözlərə, zikr etdiyim dualara diqqətlə qulaq asır, bəzilərinin mənasını soruşub öz-özünə təkrarlayırdı. Dedim, istəyirsən, səni də öyrədərəm. Dedi, istəyirəm. Öyrətdim. Bir müddət mənimlə namaz qıldı. Çox həvəsliydi. Ancaq sonralar ibadətdən imtina etdi. Səbəbini soruşdum, cavabı gözlənilməz oldu:“Məncə, kəşfiyyatçı namaz qıla bilməz”.
Birinci hissə, 13. KomandirKolanı dərəsinə bir də anamın üçündən sonra qayıtdım. Artıq Qənbərli də işğal olunmuşdu. Xaçının sahili təhlükəli olsa da, əsgərə verdiyim sözü tutmalıydım.Qoyub getdiyim kimiydi. Üstünün şax-şəvəlini səliqəylə təmizləyib onu, eynən anam kimi, qollarıma aldım, Xaçına tərəf addımladım, çayı keçəndə ayağım sürüşdü, az qala yıxılacaqdım. Mənə elə gəldi, yıxılsam, qucağımdakı meyit soyuq suyun təmasından diksinib dərin yuxusundan ayılacaq.
Birinci hissə, 14. XanıO vaxt onu tanımırdım. Səhər tezdən ön xətdən növbəni dəyişib qayıdırdıq, gördük yolun qırağında göygöz, sarıyanız bir əsgər var, yanında da bir meyit. Maşına əl elədi. Saxladıq. Köməkləşib meyiti kuzaya qaldırdıq. Soruşdum, kimsən, hardan gəlirsən, atışma gedən yerdən aralı, yiyəsiz düzəngahın ortasında bu əsgəri kim öldürüb? Əməlli bir cavab vermədi. Kuzada oturub kürəyini “bort”a söykədi və anındaca mürgülədi. Bizim uşaqlardan biri “Bu, rusa oxşayır” deyib onu silkələdi:“Ey, sluşi, kimsən?”
Birinci hissə, 15. KomandirErgi tərəfdəki postlarımıza hücum olmuşdu, təcili köməyə getməliydik. Yorğun olduğuma baxmayaraq, qaçıb batalyon komandirinin “UAZ”-ına mindim.Ergidə fəlakət baş vermişdi. Düşmənin doqquz tankı qəfil hücuma keçib səngərlərimizi dağıtmış, əsgərlərimizi qırıb-çatmışdı. Biz ora çatanda, qeyri-bərabər qüvvə ilə düşməni geri oturdub, döyüş meydanında qalan yaralıları çıxarırdılar. Dedilər, düşmən geri çəkiləndə bizim yaralı əsgərlərin hamısının başına güllə sıxıb, bir nəfər təsadüfən sağ qalıb. İndi onların postunun lap yaxınlığında əl-qol ata-ata kömək istəyir, yaxınlaşmaq mümkün deyil.
Poems by other poets
Cənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,
Olubdu qəm yatağı, şad gördüyün könlümOlubdu qəm yatağı, şad gördüyün könlümDağıldı qüssədən, abad gördüyün könlüm.
Mahi-məhərrəm oldu yenə göylər ağladıMahi-məhərrəm oldu yenə göylər ağladı,Düşdü cahäne qülqülə aləmlər ağladı.
QızlarınFəsli bahar, yaz ayları gələndə,Açılar qoynunda gülü qızlarm.