Aləm idi Xanı! Hərdən elə şeylər danışırdı, deyirdim, bir gün səni tutacaqlar. Silah-sursatdan və hərbi qaydalardan başı çıxmayan əsgərləri, zabitləri ələ salırdı. İllah da qorxaqları. Özü qorxu nədir, bilməzdi. Günün hansı vaxtı təmas xəttini keçməyə qaldırsan, silahını götürüb qaçırdı. Elə bil, mal nobatına gedirdi. O, uzun müddət Mayor Poladovun kəşfiyyat bölüyündə xidmət etmiş, hərbi xidmət müddəti başa çatanda evə getməmişdi. Komandirinin xahişi ilə Xanıya gizir rütbəsi verib hərbi hissədə saxlamışdılar.

Boynundan ağır yara almışdı. Hər dəfə söz düşəndə gözləri parıldayırdı. Bilmirdin ağlamaq istəyir, yoxsa qəzəbindən belə görkəm alıb. Əsgər yoldaşı ona görə həyatını qurban vermişdi. Xanı həmin hadisəni mənə danışanda onun niyə belə yanıqlı oxuduğunu anladım:

“Güllə ağzımdan girib, boynumdan çıxmışdı. Huşumu itirirdim. Məni çiyninə alıb atəş altından çıxartdı. Dedim, yerə qoy, ölürəm. Endirdi, ayağım yerə dəyər-dəyməz yanımıza mərmi düşdü. Özünü üstümə atdı. Bədəni deşik-deşik olmuşdu. Öldüyünü mənə demədilər. Hospitalda müalicə alıb özümə gələndə bildim...”

Mənə elə gəlirdi, Xanının səsi gümüşü rəngdədir, ona görə oxuyanda dinclik tapıram. Bəzən düşünürdüm ki, Murovda olsaydı, özfəaliyyətimiz tamamlanardı: Qırğı qarmon çalar, Ağsaqqal şeir deyər, Xanı oxuyardı.

“Sənə niyə Xanı deyirlər?” - soruşurdum.

“Uşaqlıqdan səsim yaxşı olub, Xan Şuşinskiyə oxşadıblar.” - cavab verirdi.

“Səni heç kim öz adınla tanımır.”

“Yaxşı ki, tanımır! Adamın adı ya Səyyaf olar, ya

Səyyad. Mənimki Səyyavdır. Belə də ad olar? Hansı ağılla qoyublar, bilmirəm.”

“Sən əsl Səyyadsan! Buralarda düşmən ovuna çıxmısan!”

Gözləri gülürdü, bilirdi ki, doğru deyirəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci hissə, 13. Gizir Səfərov

Xəritədə göstərilən qalın meşəni yaxşı tanıyırdım. Karta Sabir onu bir az aralıda qeyd eləmişdi. Komandirə vəziyyəti deyib, mənə qulaq asmasını xahiş etdim. Meşənin yaxınlığında balaca yaşayış məntəqəsi vardı. Hava işıqlananda orda kimisə görə bilərdik. Komandir məsləhətimə qulaq asdı və mən deyən istiqamətə hərəkətə başladıq. “Dozor” nəfəri özüm idim. Qayalıqdan çəmənliyə yenəndə ayaqlarım bayram elədi. Mən insan əzalarının sevindiyini ilk dəfə onda gördüm.Düz bir saatın tamamında meşəyə çatdıq. Elə yorulmuşdum ki, ağacların sıx yerində “mən söndüm” deyib kəlləni atdım. İldə bir neçə dəfə, xüsusən fəsillər dəyişən vaxt məni belə dəhşətli yuxu tutur.

20181 min
İkinci hissə, 14. Komandir

Yayın son günlərini yaşasaq da, dağlar, meşələr saralmamışdı. Zod tərəfə uzanan ovsunlu mənzərəyə baxdıqca kəşfiyyatda olduğumu unudub səsimi qaldırmaq, bir-iki ağız oxumaq istəyirdim. Heyif buralardan! Gözəl vətənimiz vardı, yiyəsi olmadı.Dağılmış evlərin arasında bir qaraltı eşələnirdi. Adama da oxşayırdı, heyvana da. Qırğının durbinə sarıldığını görüb qaraltını müşahidə etdiyini düşündüm. Balaca bir daş atıb onu yanıma çağırdım və astadan soruşdum:

20182 min
İkinci hissə, 15. Gizir Səfərov

Boynuma alıram ki, Lev çayının sahillərini, Seyidlər, Dəmirçidam, Susuzluq zonasını bizim Ağsaqqaldan yaxşı tanıyan yoxdur. O, Kəlbəcərin Seyidlər kəndindəndir. Dağda-daşda kərtənkələ kimi hərəkət edir. Harda görünüb, harda itir, bəlli deyil. Mazanovdan heç biz özümüz baş açmırıq, o da ki, erməni ola. Hərdən “suiti” deyirəm ona. Açıq ərazidə, daşın-qayanın, meşənin, otun olmadığı yerdə elə bil torpağa kəllə vurur, yoxa çıxır, gözlənilməyən yerdən təzədən pırtlayır.Dəmirçidama doğru hərəkət planını hazırlayanda komandir “mişen” getməyi Ağsaqqala həvalə etdi. Üçbucağın oturacaq nöqtələrində Qırğıyla mən olmalıykən özüylə məni seçdi. Qırğını ümumi nəzarət üçün ən arxada gələn qrupa saldı. Fürsət tapıb etiraz elədim:

20183 min
İkinci hissə, 16. Komandir

Səhərəcən nəfəs dərmədən yol getdik. Sağ olsun Mazanovu, gizli cığırları yaxşı tanıyırdı. Dəmirçidama qədər bir dəfə də yerinə düşməyən hərəkət eləmədi. Biz bu gedişlə Sərsəngə qədər gedərdik, heç kimə görünməzdik.Mazanovun yerişinə həmişə gizli-gizli göz qoyurdum. Qədəmlərini torpağa astaca basır, otları əzmir, palçığa iz salmırdı. Çəkisi yox idi elə bil. Bəlkə heç minaya-zada da düşməzdi. Ən qəribəsi - bunu özündən asılı olmadan edirdi. Təbiətən bu cür idi. Keçi qayalıqda necə yeriyir, qatır çınqıllığa necə qalxır, Mazanov da elə. Təngnəfəs də olmurdu.

20181 min

Poems by other poets