Dördüncü hissə, 41. Kapitan Rəşidov
Tənbəllik eləmədən Bakıdan Ağdama yola düşdüm. Orucovla görüşüb bir şeyi dəqiqləşdirmək istəyirdim; vəzifə onu korlayıb, yoxsa yox?
Qarovuldan xəbər verən kimi qərargahın girişinəcən gəldi, uzaqdan qollarını açdı: “Rəis, xoş gəlmisən!”
O, zərrəcə dəyişməmişdi.
Mənə çay süzdü. Gözlərinin içinə baxdım. Həminki zabitəni və təmizliyi görüb gülümsündüm:
“Ağdamı almaq üçün sənə nə qədər qüvvə lazımdır?”
“Öz briqadam bəs eləyər!”
Səsindəki arxayınlıq məni onun dediklərinə səmimiqəlbdən inandırdı. Deyirdisə, edərdi. Hələ bir az da artığını edərdi.
Briqadanın kəşfiyyat bölüyünə getdik. Dedi, sizdən, Murovdan ötrü darıxanda həmişə bu uşaqların yanına gəlirəm. Birini Səfərova oxşadıram, birini Əsədova, birini Mazanova. Amma sizin oxşarınız yoxdur. Özümü də sizin yerinizə qoyuram.
Bölüyün yanındakı boz təpənin üstünə çıxıb Ağdam tərəfə baxdı. Mən təpənin aşağısında idim. Altdan yuxarı onun duruşuna və baxışına nəzər yetirdim. Elə əzəmətli görünürdü ki! O, mənim üçün təkcə igidliyin, qoçaqlığın rəmzi deyil, həm də qələbənin qarantı idi. Milli ordu, milli zabit anlayışı yaddaşıma Orucovun ogünkü məğrur duruşu ilə yazıldı.
Kitabxana.az · https://kitabxana.az/en/works/serif-agayar-komandir-dorduncu-hisse-41-kapitan-residov
Use ← → keys to move, R for a random poem
More by this author
Düzü, burdakı uşaqların cəsarəti məni valeh edirdi. Bir kəlmə “Kim kəşfiyyata getmək istəyir?” deyirdim, hamı qabağa çıxırdı. Bəzən seçəndə kimisə aparmadığım üçün utanırdım. Ölümdən qorxmurdular. Onu dəfələrlə görmüşdülər. Müharibədə can qoyan bu bığlı-saqqallı kişilər ilk könüllülərdən idilər və orduya sevgiylə bağlanmışdılar. Onlardan peşəkar olmaq olardı, lakin torpağı onlar qədər sevmək mümkün deyildi. Əsas sevgidir. Sən silahın, texnikanın dilini öyrənib, döyüşün bütün sirlərinə yiyələnə bilərsən, içində sevgi yoxdursa, bilik və səriştə heç nəyə yaramayacaq.Əməliyyat planına əsasən biz Alaxançallı kəndindən Lev istiqamətinə keçib, ən azı bir nəfər “dil” gətirməliydik. Altı nəfərin əsir düşməsi söhbətinə görə düşmən təmas xəttini gücləndirmiş, əlavə tədbirlər almışdı. İşimiz çətin olacaqdı.
İkinci hissə, 11. QırğıKəşfiyyat qrupuna seçiləndə xeyli sevindim. Belə də olmalıydı. Komandirlə ən uğurlu əməliyyatı mən keçirmişdim. Səs-sədamız bütün Murova yayılmışdı. Bu qələbədən sonra məni kəşfiyyata aparmamaq insafsızlıq olardı. Gizir Səfərova qalsa, məni seçməzdi. Yalnız özünü gözə soxurdu. Gələn gündən komandirlə münasibətlərini sazlamışdı. O, bundan əvvəl də həmişə eqoistlik edirdi. Qoçaqlıq, igidlik məqamı gələndə yaşının çoxluğundan istifadə edib irəli atılır, təşəbbüsü ələ almağa çalışırdı. O, “Erkək” idisə, mən də “Qırğı” idim. Ömründə can verməzdim ona.Budəfəki ağır əməliyyat olacaqdı. Bir-birimizi daha yaxından tanıyacaqdıq. Komandir də kimin nəyə qadir olduğunu görəcəkdi.
İkinci hissə, 12. KomandirTəmas xəttini Gizir Səfərovun cəsarəti və zəhməti hesabına keçdik. O, mənə məsafə saxlamaq işarəsi verib, qollarını çırmaladı. Elə bil kiminləsə güləşə hazırlaşırdı. Aşağı əyildi, çılpaq biləklərini qabağa verib otların arasında simli minaların olub-olmadığını yoxlaya-yoxlaya ehtiyatla irəlilədi. Bizdə ön xəttin mina xəritəsi yox idi. Vaxtilə buraları tərk edən briqadadan heç nə qalmamışdı və bu, kəşfiyyatçıların işini çətinləşdirirdi.Təmas xəttini keçib daşlı-çınqıllı bir yarğana yenirdik. Ayağımızın altından çıxan balaca bir daş da səs-küy salıb yerimizi bəlli edərdi. Uşaqlara daş yomalamamaq və sürüşüb qayadan uçmamaq üçün xüsusi tapşırıq vermişdim. Son dərəcə ehtiyatlı davranmalıydılar.
İkinci hissə, 13. Gizir SəfərovXəritədə göstərilən qalın meşəni yaxşı tanıyırdım. Karta Sabir onu bir az aralıda qeyd eləmişdi. Komandirə vəziyyəti deyib, mənə qulaq asmasını xahiş etdim. Meşənin yaxınlığında balaca yaşayış məntəqəsi vardı. Hava işıqlananda orda kimisə görə bilərdik. Komandir məsləhətimə qulaq asdı və mən deyən istiqamətə hərəkətə başladıq. “Dozor” nəfəri özüm idim. Qayalıqdan çəmənliyə yenəndə ayaqlarım bayram elədi. Mən insan əzalarının sevindiyini ilk dəfə onda gördüm.Düz bir saatın tamamında meşəyə çatdıq. Elə yorulmuşdum ki, ağacların sıx yerində “mən söndüm” deyib kəlləni atdım. İldə bir neçə dəfə, xüsusən fəsillər dəyişən vaxt məni belə dəhşətli yuxu tutur.
Poems by other poets
Gecə-gündüz qan ağlaram,Artıbdı fərağım mənim.
Mən sənin torpağındanMən sənin torpağındanBoy atmışam, vətənim...
GördünmüGedən karvan, əylə görüm köçünü,O yollarda Xançobanı gördünmü?
Gizlin salıb xəyalə səni, gizlin ağlaramGizlin salıb xəyalə səni, gizlin ağlaram,Artar, xəyalıma səni saldıqca həsrətim.