Dördüncü hissə, 45. Mayor Poladov
İstehkamçılar gecə yarı qayıdanda pusquya düşmüşdülər. Örtülü “Zil” maşının içində on bir nəfər olublar. Ermənilər maşını atəşə tutub, sürücü qoçaq tərpənib, sükanın arxasında əyilərək maşını sürətlə sürüb aradan çıxarıb.
Orucov belə pusqulardan qorxsaydı, istehkam tikintisində birbaşa iştirak etməzdi. Elə olurdu, traktorçunu ürəkləndirmək üçün onun yanına otururdu. Əslində, briqada komandirinin həyatını bu cür təhlükəyə atması doğru deyildi. Amma o edirdi. Əminəm, istehkamçılara hücum olacağını bilsəydi, əlinə silah alıb təkbaşına onların müdafiəsinə gedərdi.
O, istehkamçıları silahlı dəstənin müşayiəti ilə aparmaq istəmişdi, korpus razılıq verməmişdi. O zaman əsgərlərin özlərinə silah vermək təklifini irəli sürmüşdü, buna da razı olmamışdılar.
Hərbi hissə komandirliyindən istefa versə də, korpusdan saxlamaq istədilər. Kəşfiyyat xidmətinə rəhbərlik təklif olunmuşdu. Razılaşmadı.
Kitabxana.az · https://kitabxana.az/en/works/serif-agayar-komandir-dorduncu-hisse-45-mayor-poladov
Use ← → keys to move, R for a random poem
More by this author
Təlim əməliyyatının ideyasını gözlənilmədən tapdım. Demək, ailəmlə birlikdə Toğanada qalırdım və hər gün səhər tezdən bölüyə piyada qalxırdım. Maddi-texniki təchizat bölüyünün qarajı yolumun üstündəydi. Orda çoxlu it vardı. Hər səhər hürə-hürə mənə tərəf qaçır, rahat getməyimə imkan vermirdilər. Qarovulda duran əsgərlərin itlərə təpinməməsi mənə pis təsir edirdi. Biriki dəfə iradımı bildirsəm də, xeyri olmamışdı.Bir gün Orucovu çağırdım, dedim, gecə təlimi keçəcəyik, bu da koordinatlar. Burda qarovul var, burda itlər, qarovulçunu əsir almalı, itləri tutub gətirməlisiniz. Tapşırığı verdim və axşam evə gəldim. Səhər qalxanda gördüm, hər tərəf sakitlikdir. Maddi-texniki təchizat bölüyünün komandiri bizim bölüyün həyətində gileylənə-gileylənə vurnuxurdu:
Üçüncü hissə, 30. Komandirİnanmayacaqsınız, gecə təlimində Əsgər Rəfiyev ağlagəlməz qəhrəmanlıq göstərdi. Sən demə, itlərdən qorxmurmuş və onları ovsunlamağın yolunu bilirmiş. Beş-altı itin hamısını o tutdu. Qarovuldakı əsgərləri isə Qırğı ilə Səfərov götürdülər. Heç cınqırlarını çıxarmağa imkan vermədilər.Gecə təlimindən sonra Gizir Səfərovun Əsgər Rəfiyevlə amansız zarafatları yenidən alovlandı. O, məni yanlayıb fınxıra-fınxıra deyirdi:
Üçüncü hissə, 31. Gizir SəfərovDoğrudan da yorulmuşdum. Gör neçə il idi, səngərlərdəydim. Taa 91-ci ildən. Beş ildən artıq eləyirdi. Bəs idi. Evə qayıdıb bir iş tapmaq, ailə qurmaq, oğul-uşaq sahibi olub, sadə insanlara qarışmaq istəyirdim.Canavar yalının üstündə burnuma, qulağıma su dolduğu üçün hələ də “tın-tın” danışırdım. Komandirin təşkil elədiyi yolasalma məclisində çıxış eləyəndə dedim, “tın-tın” adamdan kəşfiyyatçı olmaz! Mən artıq burnunda danışan qoca bir kişiyəm! Haqqınızı halal edin. Bir balaca gözlərim də doldu! Çıxışımı bu pafoslu sözlərlə bitirdim:
Üçüncü hissə, 32. Komandirİçib keflənən kimi kəşfiyyat taqımının son əməliyyatını müzakirə etməyə başladılar. Mən də bir küncə çəkilib sakitcə qulaq asırdım. Ağız deyəni qulaq eşitmirdi. Kimin nə söylədiyini çətinliklə müəyyən etmək olurdu. Elə sözlərə şaqqanaq çəkib gülürdülər ki, məəttəl qalırdım. Kefliliyin sirri səbəb olmadan sevinə bilməkdir.İçki Əsgər Rəfiyevin dilini açmışdı: