Dördüncü hissə, 51. Zabil
Atamın təkidi ilə çıxıb onlara getdim. Dedim, yəqin, Sevinclə danışmış olar. İmkan tapan kimi öz eviylə əlaqə saxlayırdı, onlar da bizə deyirdi. Bu dəfə heç kimdən səs-səda gəlmirdi. Atam məni yatmağa qoymadı. Sübh tezdən oyatdı. Getdim. Yolda oyuncaq avtomat gördüm. Çox xoşuma gəldi. Nihad üçün aldım. Sevinc qapının gözlüyündən görüb qorxmuşdu.
Kitabxana.az · https://kitabxana.az/en/works/serif-agayar-komandir-dorduncu-hisse-51-zabil
Use ← → keys to move, R for a random poem
More by this author
Yoldaşa sevgini başa düşürəm, lakin əmr də əmrdir! Hərə öz başıyla hərəkət eləsə, aləm qarışar. Gizir Səfərovda da, Çavuş Əsədovda da, arada sevimli Ağsaqqalımız Əsgər Mazanovda da belə saymazlıq olurdu. Murova gələn gündən məndən yaşca böyük əsgərlərlə problem yaşayırdım. Nə qədər qoçaq olsalar da, qayda-qanunu başa düşmürdülər. “Döyüşçü “ustav” hərləmir” deyə yanlış bir qənaətləri vardı. İndən belə xasiyyətlərini dəyişəsi deyildilər. Amma yenə də, yenə də məni eşitməliydilər. Mən bu adamların hər biri üçün cavabdeh idim. Başlarına bir iş gəlsə, özümü bağışlamazdım.Qırğı gedəndə yüküm bir az azaldı. İndi qalırdı Gizir Səfərovla köməkləşib Rəfiyevi təhlükəli zonadan çıxarmaq. Səfərovsa özünü taqətdən salmışdı, yeriyə bilmirdi. Tərs kimi hava ağaranda düşmən postunun qarşısında olduğumuzu gördüm. Düzdür, onlar bir az aşağıda idilər, bizi görə, görsələr də, rahat nişan ala bilməzdilər. Lakin qalxıb növbəti yamacı aşmaq istəsək, hardasa otuz-qırx metr açıq nişangaha çıxacaqdıq.
İkinci hissə, 31. Gizir SəfərovNə qədər harayladımsa, komandirdən cavab gəlmədi. Olmaya onu vurmuşdular? Dayandığı yerə boylandım, yox idi. Gizli bir yerdən çıxdığını təxmin edib düşmən postunu atəşə tutdum. Az keçməmiş arxadan səsini eşitdim:“Gedirik!”
İkinci hissə, 32. KomandirKöməyə gələn əsgərlər Rəfiyevi iki ağacın üstündə apardılar. Mən Gizir Səfərovun yanında gözlədim, o, bir az toxtayan kimi qoluna girib posta doğru addımladım. Yoldaşlarımız kəsif tər qoxusuna bürünmüş balaca, alçaq blindajda yan-yana uzanmışdılar. Biz də onların yanına sərildik. Bədənimizdən yorğunluğun buxarı qalxırdı. Yemək yeməyə də taqətimiz qalmamışdı. Hələ mən bu vur-çatlasında qalxıb qərargaha zəng etməliydim.Dizlərimin giziltisi kəsilən kimi postdan azca aralanıb Kapitan Rəşidovla ratsiya əlaqəsi yaratdım. Əvvəldən danışdığımız kimi, məni 5-ci dalğada gözləyəcəkdi. Asanlıqla əlaqə saxladıq, vəziyyəti qısaca izah etdim və girov gətirməyin mümkün olmadığını söylədim. Zəngimə sevinsə də, əliboş qayıtmağımız kefini pozdu. “Gözlə” dedi. Bir azdan yenə əlaqəyə girdik. Danışan briqada komandiri Polkovnik Nəbiyev idi. O, qətiyyətli səslə bu sözləri söyləyib ratsiyanı söndürdü:
Üçüncü hissə, 1. Polkovnik NəbiyevKimdən nə istədiyimi yaxşı bilirdim. Hər cür ağlagəlməz vəziyyətlərdən çıxmağı bacaran bir zabit mənə yox deyə bilməzdi. Bəlkə, bunu özü bilmirdi, mən bilirdim və imkanlarını ortaya çıxarmaq üçün ona fürsət verirdim. Komandirdən çox şey asılıdır. Atın qabağına ot misalı. O, “dil” gətirəcəkdi, əmin idim. Kəlbəcərdən belə gec qayıtması da göstərirdi ki, əmri icra etməyə çalışmış, doğrudan da, mümkün olmamışdı. Olsaydı, heç vaxt boş qayıtmazdı. Lakin olacaqdı. Xidmət rəisi Kapitan Rəşidova qalsa, qrupu geri çağırıb bir müddət gözləməli idim. Razılaşmadım. Dəmiri isti-isti döyərlər. Özünə də dedim. Dedim, Rəşidov, mən bölük komandiri leytenant Abdinova niyə eyni əmri vermədim? Yoxsa elə bilirsən, zabitlər arasına ayrı-seçkilik salıram? O, qorxusundan heç təmas xəttini keçə bilməmişdi. Gedən kimi açığa çıxıb geri qaçmışdılar. Təmas xəttini keçsəydilər də, bir iş görə bilməyəcəkdilər. Mən kimə nə dediyimi bilirdim.
Poems by other poets
دلیل است ای اخی بر حشر و نشرتچنان کت نشر باشد هست حشرت
Bəxtim bana uz verdi, şərabdarə yetişdimBəxtim bana uz verdi, şərabdarə yetişdim,Opdum ayağın, kaseyi-sərşarə yetişdim.
Çığalı müxəmməsDilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
GörmənəmEy ağalar, məni neyçün qınarsız,Nə müddətdir mən o yarı gormənəm.