Dördüncü hissə, 50. Komandir
Getdiyimiz yüksəklik Murovun sərt qayalarının tədricən əriyib düzənliyə doğru uzanan şərq yamaclarındaydı. İlk baxanda dağlardan ötrü darıxdığımı anladım və gözüm yenə gümüşü işığı axtardı. İndi o işığı təkcə mən yox, hamı hiss edirdi və hamı ona doğru can atırdı. Biz bir dəstə qartal o işığa şığıyırdıq. Qabaqda özüm gedirdim. Çünki bu dağları da, o işığı da məndən yaxşı tanıyan yox idi. Bombardman, dolu kimi yağan güllələr, səs-küy, od-alov, tüstü-his, toz-duman - heç nə bizə mane olmurdu. Hamı mənim kimi vətənin ən böyük sirrindən agah olmuşdu.
Kitabxana.az · https://kitabxana.az/en/works/serif-agayar-komandir-dorduncu-hisse-50-komandir
Use ← → keys to move, R for a random poem
More by this author
Sel yolunun ayağında iri bir daş vardı. Uşaqların yorulduğunu görüb bu daşın altında dincəlmək, çörək yemək qərarı verdim. Gecə boyu yol gəlmişdik, üstəlik, səhər tezdən narahat bir yenişi aşağı düşmüşdük. Gün xeyli qalxmışdı. Qısa istirahətləri nəzərə almasaq, buracan dayanmadan yerimişdik.Daşın altını, elə bil, bizim üçün hazırlamışdılar. Sel yolu ovcumuzun içi kimi görünürdü. Ardımızca gələn olsa, çılpaq yamaclarda sərçə kimi dənləyərdik. Amma gündüz su şırnağı ilə qalxsaq özümüz qarşı dağın hədəfinə çevrilərdik.
Üçüncü hissə, 15. Gizir SəfərovƏslində, yuxusuzluqdan nadinclik edirdim. “Tın-tın”- lığım da bir yandan əsəblərimi gərirdi. Burnumun sol tayı tez-tez tutulur, açmaq üçün at kimi fınxırmalı olurdum. Hər dəfə fınxıranda ermənilər diksinirdi. Onların məndən qorxması xoşuma gəlirdi. Elə ürkək dayanırdılar ki, ürək döyüntülərini bədənlərindən hiss eləyirdim. Uşaq vaxtı ovcumda tutub sıxdığım sərçələr gəlirdi xəyalıma. Heç birinə zərrə qədər yazığım gəlmirdi. İmkanım olsa, min-bir əzabla öldürüb, təzədən dirildərdim. İllah da bu kolpanbaşı! Əclaf adama oxşayırdı. Bircə uşağa azacıq rəhm edirdim. Deyəsən, o, aramızda müharibə getdiyini heç əməlli-başlı bilmirdi. Amma beyninə yeritməyə imkan tapmışdılar ki, bu dünyada “tork” adlı milyonlarla insan var və uşaqdan-böyüyə hamısı bizim düşmənimizdir.Komandir “Bir az yatın dincəlin!” deyib daşın altından çıxdı. Mən Qarikin qollarını möhkəm-möhkəm bağlayıb ipin ucunu toqqama ilgəklədim. Qırğı isə Qayı özünə bənd elədi. Alberti bağlamadıq. Günün hansı saatıydı, bilmədim, Qırğının həyəcan dolu səsinə oyandım.
Üçüncü hissə, 16. KomandirGözümün acısını almaqdan ötrü mən də azca çimir elədim. Mürgüləyən vaxt qarovulda duran əsgərin sayıqlığını yoxlamaq üçün iki-üç sual verdim. Səsi diri gəlirdi. Üstündən beş dəqiqə keçməmiş Yeddixırman dağının yaxasındakı ardıcların tünd qoxusunu duydum. Dalınca qara pişik çığırdı. Canımdan üşütmə keçsə də, oyanmadım. Dayçamız kişnəyəndə gözlərimi açdım. Qarovulçu avtomatını qucaqlayıb yatmışdı. Bütün kəşfiyyat qrupu yuxudaydı. Uşaq da yatmışdı. Bircə Qariklə Qay şirin-şirin söhbətləşirdilər. Qarovulçunun yatdığını görən Qarik pıçıltıya keçdi. Təxmini başa düşdüm ki, bizim yatdığımızı Qaya xəbər verir. Səsləri kəsildi. Qarik bağlı əllərini asta-asta Qırğının qucağındakı silaha uzadanda qayışından çəkdim, Qırğı qışqırıb oyandı. Onun səsinə hamı oyandı və Səfərovun dəliliyi tutdu. Qariki vurdu. Dalınca dirəşdi ki, bizi aldadıb yatdığına görə qarovulçunu qayadan atmalıyıq. Onu birtəhər sakitləşdirdim. Dedim, narahat olmasın, öz yoldaşlarını təhlükədə qoyan əsgər cəzasını alacaq. Amma burda yox.Qarikin hərəkəti sal daşın altında səssiz bir gərginlik yaratmışdı. Hamı kəfəni yırtıb çıxmış kimi hiss edirdi özünü. Mənə qalsa, təhlükə o qədər ciddi deyildi. Silahı çəkiləndə Qırğı onsuz da oyanacaqdı. Amma bir məqam vardı - mən avtomatı qəfil çəkdim, asta çəksəm, Qırğı bilməyə bilərdi.
Üçüncü hissə, 17. QırğıHeç nəyi vecimə almadan təzədən yatdım. Bir də komandirin səsinə ayıldım. Hava qaralmışdı və biz su şırnağı ilə Əyri yamaca qalxacaqdıq. Səfərovla Qarikin dava-dalaşı və mübahisəsini nəzərə almasaq, yaxşı istirahət eləmişdik. Dizimizə taqət, gözümüzə işıq gəlmişdi. Şırnağın ortasında təhlükəli bir keçid vardı. Ayağın sürüşsə, birbaş Qarikin bizi güllələmək istədiyi sal daşın yanınacan yomalanardın. Keçidə çatanda komandir bizi dayandırıb, Qarikin ipini Səfərovun toqqasından açdı. Dedi, özün keçəcəksən. O, Qarikin özünü qayadan atacağından şübhələnmişdi. Əgər Səfərova bağlı olsa, onu da özüylə dərənin dibinə yuvarlayar, yəqin, ikisi də o dünyalıq olardı. Səfərov belə incə şeyləri bilməzdi.Komandir keçidin tinindəcə Qarikə vəziyyəti başa saldı:
Poems by other poets
Salam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
İndiGöz yaşından namə yazdım, yolladım,Oxuyub dərdimi qanalar indi
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
GözəlArif olan, bilin, çəkib bu sinəmə dağı gözəl,Bülbül kimi gəşt eləyib, dolanıb bağı gözəl.