Köməyə gələn əsgərlər Rəfiyevi iki ağacın üstündə apardılar. Mən Gizir Səfərovun yanında gözlədim, o, bir az toxtayan kimi qoluna girib posta doğru addımladım. Yoldaşlarımız kəsif tər qoxusuna bürünmüş balaca, alçaq blindajda yan-yana uzanmışdılar. Biz də onların yanına sərildik. Bədənimizdən yorğunluğun buxarı qalxırdı. Yemək yeməyə də taqətimiz qalmamışdı. Hələ mən bu vur-çatlasında qalxıb qərargaha zəng etməliydim.

Dizlərimin giziltisi kəsilən kimi postdan azca aralanıb Kapitan Rəşidovla ratsiya əlaqəsi yaratdım. Əvvəldən danışdığımız kimi, məni 5-ci dalğada gözləyəcəkdi. Asanlıqla əlaqə saxladıq, vəziyyəti qısaca izah etdim və girov gətirməyin mümkün olmadığını söylədim. Zəngimə sevinsə də, əliboş qayıtmağımız kefini pozdu. “Gözlə” dedi. Bir azdan yenə əlaqəyə girdik. Danışan briqada komandiri Polkovnik Nəbiyev idi. O, qətiyyətli səslə bu sözləri söyləyib ratsiyanı söndürdü:

“Girovsuz geri qayıtma!”

“Girovsuz geri qayıtma!”

Mən, onsuz da, girovsuz qayıtmayacaqdım. Kapitan Rəşidova zəng etməyimin məqsədi sadəcə ona məlumat vermək idi. Polkovnik Nəbiyevin bu tonda əmr verməsi yersiz idi. Onun səsindəki soyuq qəzəb içimi almaz kimi doğramışdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci hissə, 9. Gizir Səfərov

Kəşfiyyat sözünü eşidəndə gözlərimə işıq gəlir. Yan düşüb yatmaqdan yanımız ağrıyır. Sağ olsun, cavan əsgərlər, işə-gücə də qoymurlar. Özümü lap kənd yerlərində zərli mütəkkəyə dirsəklənib mürəbbəli çay içən qocalar kimi hiss edirəm. Bütün günü ya Mazanovla mübahisə edir, ya da İrəfiyevlə məzələnirəm. Danışmağa söz də qalmayıb. Getdikcə zayıllayıram. Bir az gəzsəydik, həm yelimizi tökərdik, həm də təzə söz öyrənərdik.Komandir məni çağırıb elə beləcə də dedi: “Səfərov, səfər var!”

20185 min
İkinci hissə, 10. Komandir

Düzü, burdakı uşaqların cəsarəti məni valeh edirdi. Bir kəlmə “Kim kəşfiyyata getmək istəyir?” deyirdim, hamı qabağa çıxırdı. Bəzən seçəndə kimisə aparmadığım üçün utanırdım. Ölümdən qorxmurdular. Onu dəfələrlə görmüşdülər. Müharibədə can qoyan bu bığlı-saqqallı kişilər ilk könüllülərdən idilər və orduya sevgiylə bağlanmışdılar. Onlardan peşəkar olmaq olardı, lakin torpağı onlar qədər sevmək mümkün deyildi. Əsas sevgidir. Sən silahın, texnikanın dilini öyrənib, döyüşün bütün sirlərinə yiyələnə bilərsən, içində sevgi yoxdursa, bilik və səriştə heç nəyə yaramayacaq.Əməliyyat planına əsasən biz Alaxançallı kəndindən Lev istiqamətinə keçib, ən azı bir nəfər “dil” gətirməliydik. Altı nəfərin əsir düşməsi söhbətinə görə düşmən təmas xəttini gücləndirmiş, əlavə tədbirlər almışdı. İşimiz çətin olacaqdı.

20183 min
İkinci hissə, 11. Qırğı

Kəşfiyyat qrupuna seçiləndə xeyli sevindim. Belə də olmalıydı. Komandirlə ən uğurlu əməliyyatı mən keçirmişdim. Səs-sədamız bütün Murova yayılmışdı. Bu qələbədən sonra məni kəşfiyyata aparmamaq insafsızlıq olardı. Gizir Səfərova qalsa, məni seçməzdi. Yalnız özünü gözə soxurdu. Gələn gündən komandirlə münasibətlərini sazlamışdı. O, bundan əvvəl də həmişə eqoistlik edirdi. Qoçaqlıq, igidlik məqamı gələndə yaşının çoxluğundan istifadə edib irəli atılır, təşəbbüsü ələ almağa çalışırdı. O, “Erkək” idisə, mən də “Qırğı” idim. Ömründə can verməzdim ona.Budəfəki ağır əməliyyat olacaqdı. Bir-birimizi daha yaxından tanıyacaqdıq. Komandir də kimin nəyə qadir olduğunu görəcəkdi.

20181 min
İkinci hissə, 12. Komandir

Təmas xəttini Gizir Səfərovun cəsarəti və zəhməti hesabına keçdik. O, mənə məsafə saxlamaq işarəsi verib, qollarını çırmaladı. Elə bil kiminləsə güləşə hazırlaşırdı. Aşağı əyildi, çılpaq biləklərini qabağa verib otların arasında simli minaların olub-olmadığını yoxlaya-yoxlaya ehtiyatla irəlilədi. Bizdə ön xəttin mina xəritəsi yox idi. Vaxtilə buraları tərk edən briqadadan heç nə qalmamışdı və bu, kəşfiyyatçıların işini çətinləşdirirdi.Təmas xəttini keçib daşlı-çınqıllı bir yarğana yenirdik. Ayağımızın altından çıxan balaca bir daş da səs-küy salıb yerimizi bəlli edərdi. Uşaqlara daş yomalamamaq və sürüşüb qayadan uçmamaq üçün xüsusi tapşırıq vermişdim. Son dərəcə ehtiyatlı davranmalıydılar.

20183 min

Poems by other poets