İkinci hissə, 24. Komandir
Suyumuz da qurtarmışdı. Əsgər Mazanovun yığdığı qırxbuğumu ovub yedik. Ağsaqqal özü də bir topa pencəri ağzına atıb gəvələyərək söylədi:
“Kaş duz olaydı!”
“Duzu neynirsən?” - Gizir Səfərov soruşdu.
“Qırxbuğumu duzla ovub yeyəndə ləzzətli olur.”
“Elə danışırsan, guya bura qırxbuğum yeməyə gəlmişik” - Səfərov onu pərt eləməyə doğru qəti və inamlı addımlar atdı.
“Duz kəşfiyyat əməliyyatına mane olursa, bağışla!” - ona da Ağsaqqal deyərlər. Səfərovu susdurdu, üstəlik bir “Hı!” eləyib əks-hücum vəziyyəti aldı. Səfərov tərksilah olmuşdu. Ağsaqqala yanaşıb qolunu boynuna saldı.
“Sən Allah, bir şeir oxu.”
“Ayə, yeri burdan!” - Səfərovun ağır qolunu boynundan çıxarmağa çalışdı.
“Xahiş edirəm, oxu.”
“Yeri burdan dedim!”
“Ayağının altında ölüm, oxu!”
Ağsaqqal gözlərini süzdürüb yorğun baxışlarla Səfərova baxdı.
“Oxu, Mazanov, oxu. Biz də xahiş edirik.” - söhbətə qarışmalı oldum.
Sözümü yerə salmadı. Üz cizgilərini və qaşlarını qəribə şəkildə oynadaraq oxudu:
Mən gedirəm qürbət elə,
Sən salamat qal, ay dağlar.
Halallıq ver, qoy qalmasın
Ürəyimdə xal, ay dağlar.
Dostum-yarım keçir gennən,
Dərdim artır günü-günnən.
Məni qəmnən, qəmi mənnən
Al, ay dağlar, al, ay dağlar...
Günəş gəzib yorulanda,
Sazın simi qırılanda.
Göydə qartal vurulanda,
Məni yada sal, ay dağlar...
Son misralara çatanda dodaqları titrədi, gözlərindən iki gilə yaş diyirləndi.
“Sağ ol eee... Ağsaqqal, ürəyinə qurban olum.” - Səfərov onun üzündən öpüb sinəsinə sıxdı. Dağlar da Əsgər Mazanovu eşidirdi. Qarşı yaxadakı sünbüllü otlar dəniz kimi dalğalanıb onun səsinə səs verirdi.
Qarşımızda cilvələnən Yeddiqardaş dağ silsiləsiydi. Yeddi yanaşı zirvə! Bir anlıq bizim Yeddixırmanı xatırladım. Kim bilir, bəlkə də, bu dağlarda yaylayan yeddi qardaşın Cinlidə əkin yerləri, hər əkin yerinin ayrıca xırmanı varmış. Yeddixırman yeddi taxtadan ibarət idi. Başında “vışka” vardı. Vışka sonradan, sovetin vaxtında qoyulmuşdu. Dağın zirvəsi əvvəlki erməni-müsəlman davasından qalma səngər yerləriydi. Son günlərəcən orda bizim də səngərimiz vardı. Çullu işğal olunanda dağ mühasirəyə düşdü, geri çəkilməyə məcbur olduq. Köməyimiz və texnikamız olsaydı, Yeddixırmandan Çullunu da, Qənbərlini də qoruyardıq.
Gözüm Yeddiqardaş dağında Yeddixırmanın gümüşü işığını axtardı. Görünmürdü. Mən təkcə Əsgər Mazanovun oxuduğu kövrək şeirə və bu şeiri dinləyə-dinləyə qəfil fərqinə vardığım ad oxşarlığına görə deyil, həm də gümüşü işığa görə Yeddiqardaşa belə doğma nəzərlərlə baxırdım. O işığı gördüyüm yerlər mənə inanılmaz doğmalıq bəxş edirdi. Gümüşü işığın sayəsində Murovun nəhəngliyi, ucalığı, insan ayağı dəyməyən sirli mağaraları, soyuğu, sazağı məni qorxutmurdu. Əksinə, buralarda özümü daha yenilməz hiss edirdim. Bütöv bir qoşunu bu dağlarda azdırar, sıx dumanlarda, qalın meşələrdə, dərin dərələrdə təkləyib bir-bir o dünyaya göndərərdim.
Kitabxana.az · https://kitabxana.az/en/works/serif-agayar-komandir-ikinci-hisse-24-komandir
Use ← → keys to move, R for a random poem
More by this author
Hər işim yolunda idi, lakin gümüşü işığı birdəfəlik itirmişdim. Onu bir daha görməmək qorxusu içimdən üşütmə kimi keçirdi. Murovun gecələri üzümə sönmüşdü. Evlənməyimmi, rütbə-vəzifə almağımmı, övladımın olmağımı məni həyat sevincimdən ayrı salmışdı? Axı balaca Aqşinin üzündə də o işıqdan bir zərrə vardı. Olmaya, ailən-uşağın var, artıq mənə ehtiyacın yoxdur demək istəyirdi.Elə gecə olurdu səhəri dirigözlü açırdım. Hər yerdə onu axtarırdım. Yox idi. İmkan tapıb yolumu Çəmənlidən saldım. Bəlkə, Yeddixırmana yaxın müqəddəs bir yerdə gözümə görünərdi?
Dördüncü hissə, 25. QırğıHavalar yenicə qızmağa başlayanda komandirdən qəribə bir təklif aldım:“İyunun əvvəli buralarda ol, səninlə vacib bir səfərim olacaq!”
Dördüncü hissə, 26. KomandirƏvvəlcə külək olub əsdim, doğma qoxusu canıma hopan torpağın üstünə yata-yata uzaq-uzaq təpələri aşdım, sonra çiçək qoxusuna çevrildim. Otdan-ota, güldən-gülə, çəməndən-çəmənə keçdim. Yorulanda lalənin bağrına hopdum, nərgizin təbəssümündə gizləndim, bənövşənin qoxusunda əridim. Tanış pıçıltısı könlümü ovsunlayan çayın gileyli nəğmələrinin üstündən sükut kimi axdım. Qurd olub yüyürdüm, ilan olub süründüm, quş olub uçdum. O vaxtacan ki, bənövşəyi qaranlığın bətnində məğrurca dikələn bir dağ, o dağın sol yamacında səssiz hənirtiylə kiriyən bir məzar gördüm. Bənövşəyi qaranlığın içindən məzara ağ işıq tökülürdü. İşığa qarışıb məzara hopmaq istədim. Əlim, ayağım, paltarım işığın içində əriyib yox olmağıma imkan vermədi. Əlimi-əlimdən, ayağımı-ayağımdan, bədənimi-bədənimdən sıyırıb çıxara bilmədim. İşıq axdı - mən baxdım, mən baxdım - işıq axdı. Yalnız gözlərimdən tökülən gümüşü istilik o işığa qarışa bildi. Mən kənarda qaldım. Ayaqlarımın sızıltısı, qəlbimin göynərtisi işıqla aramda keçilməz bir dünya yaratmışdı. Bircə qəlbimdəki intizarın səbbi alınmışdı. Əlimdə ixtiyar olsa, qalan ömrümü elə beləcə, bu inanılmaz mənzərəyə baxa-baxa keçirərdim. Nə geriyə dönərdim, nə sağa-sola baxardım, nə başqa bir şey düşünərdim. Uzaqlar necə yaxın, ucalar necə alçaq, dərinlər necə dayaz görünürdü. Gedə bilmədiyim yollar ovcumun içində qıvrılırdı. Səadət çox yaxındaydı. Əl atıb tutmağım qalırdı. Başımın üstündəki dağ da sevindiyindən cilvələnirdi.Lakin bir qüvvə həm də məni geriyə itələyirdi. Arxada məni gözləyənlərin səsini eşdirdim. Məzara tökülən işıq şəlaləsi məni sinəmdən, qoyub gəldiyim yollar kürəyimdən çəkirdi. Quş olub uçdum, ilan olub süründüm, qurd olub qaçdım. Gileyli nəğmələr oxuyan çayın sükutuna dönüb geri axdım. Çəməndən-çəmənə, güldən-gülə, otdan-ota qayıdan qoxuya döndüm. Bir də baxdım, küləyəm. Əsə-əsə boz təpələri aşdım və adama çevrildim. Uzaqlar uzaqda, ucalar ucada, dərinlər dərində qaldı. Ancaq o işıqdan içimdə böyük bir səadət duyğusu parlamışdı. O işığı da götürüb Seyid Lazım ağanın ziyarətgahındakı nurani kişinin yanına tələsdim.
Dördüncü hissə, 27. Sevincİlk dəfə idi Seyid Lazım ağanın ziyarətinə onsuz gedirdim. Çox sevirdi buranı. Həmişə bizi gətirirdi, uşaqlara tanıdırdı. Deyirdi, ağa Tanrının seçdiyi bəndələrdən olub. Qapısına gedən adam naümid qayıtmayıb, qapısına getdiyi adam övladının qanından keçib! Hökumətin görə bilmədiyi işlər bircə kəlməsiylə yerinə yetib. Öləndə öz vəsiyyəti ilə burda - Çəmənlidəki baba mülkündə basdırılıb, məzarı böyük ziyarətgaha çevrilib.Ağanın oğlu ziyarətgahın yanındakı uzun çardağın başında oturub danışırdı:
Poems by other poets
Cəmalını görcək mayıl olmuşam,Bilmədim gözəlim, ayadın nədir.
Ki taban yüz nuri maha bəñzərKi taban yüz[i] nuri maha bəñzərMələklər qul kibi ol şaha bəñzər
پیر مغان کجاست؟ که آن مرد دوربینچون فکر در دل آمد و چون شیر در کمین
İrvanən və şərurəBir qulaq ver mənə, ey sahibi-əqla və şüura,Gözün aç, seyr elə bu aləmi dəhra və dühura,